Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

1,1 milyon insanın pensiyası artırılacaq

Sosial islahatlara illik əlavə 8 milyard manat ayrılıb – Yeni paket icra olunacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
1,1 milyon insanın pensiyası artırılacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

Gələn il növbəti, 6-cı sosial paket icra olunacaq və sosial ödənişlərdə artım dinamikası 2027-ci ildə də davam edəcək. O cümlədən 1,1 milyon insanı əhatə edən pensiyaların növbəti ilin əvvəlindən indeksləşdirilərək artırılması təmin olunacaq.

Bunu əmək vəəhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

İclasda Nazirliyin tabeliyindəki qurumların bu ilin 10 ayına dair fəaliyyəti barədə məlumatlar verilib. O cümlədən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma işlərindən, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən dövlət sosial xidmətlər sistemində rəqəmsal həllərin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub.

DOST İnfrastruktur Mərkəzinin yeni sosial obyektlərin tikintisi və infrastruktur layihələrinin icrası, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, DOST İş Mərkəzinin sosial cəhətdən həssas qrupların məşğulluğunun vəəmək bazarına çıxışının dəstəklənməsi, DOST Çağrı Mərkəzi - 142 tərəfindən vətəndaş müraciətlərinin operativ cavablandırılması sahələrində yanvar-oktyabr aylarında aparılan işlər diqqətə çatdırılıb.

Sosial təminat sisteminin təkmilləşdirilməsi işlərinin cari ildə də davam etdirildiyi, himayədar ailə modelinin tətbiqi prosesinin daha da sadələşdirildiyi qeyd edilib. İcbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Bu il əmək qanunvericiliyində edilən, sosial-əmək hüquqlarının daha etibarlı qorunmasına xidmət edən bir çox dəyişikliklər, habelə bu istiqamətdə hazırlanmış yeni layihələr qeyd edilib.

İclasda cari ilin 10 ayı ərzində qeyd edilən istiqamətlərdəəldə olunan nəticələr təhlil edilib, qarşıda duran vəzifələr müzakirə olunub. Yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələsinə də baxılıb və daha 294 standart təsdiq edilib.

2027-ci ildə pensiya artımı pensiyalar nə qədər artacaq pensiyalar nə vaxt artırılacaq 2027 sosial paket 6-cı sosial islahat paketi Azərbaycanda pensiya artımı sosial ödənişlərin artırılması pensiyaların indeksləşdirilməsi 2027 1 1 milyon pensiyaçı minimum pensiya 2027 minimum əməkhaqqı 2027 maaş artımı 2027 sosial müavinətlər 2027 təqaüdlərin artırılması Anar Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyev sosial islahatlar Azərbaycanda sosial siyasət 2027-ci ildə sosial ödənişlər pensiya artımı ilə bağlı son xəbərlər Azərbaycanda yeni sosial paket pensiya artımı barədə rəsmi açıqlama. See another version
25.11.2026 17:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19