Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Unibank-dan tələbə və məzunlara yeni karyera imkanları – BANM ilə memorandum imzalandı

Unibank və Bakı Ali Neft Məktəbi əməkdaşlığa başlayır – Tələbələr üçün yeni imkanlar.
AzVak-mobil_resmin_ustu_31
Unibank-dan tələbə və məzunlara yeni karyera imkanları – BANM ilə memorandum imzalandı
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Unibank” KB ASC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu “Unibank”ın İdarə Heyətinin sədri Valentin Morozov və BANM-in rektoru Elmar Qasımov imzalayıblar.

Sənəd bankla universitet arasında bir neçə istiqamətdə əməkdaşlığı nəzərdə tutur. Memorandum BANM tələbələrinin “Unibank”da istehsalat təcrübəsinə cəlb olunması, tələbə və məzunların iş imkanlarının qiymətləndirilməsi, birgə seminar, təlim, konfrans və digər tədbirlərin təşkili kimi əməkdaşlıq istiqamətlərini əhatə edir.

Memorandumu yüksək qiymətləndirən Unibank sədri Valentin Morozov, BANM ilə əməkdaşlığın perspektivlərindən danışıb.

O bildirib ki, bank tələbələrin peşəkar mütəxəssis kimi yetişməsinə və müasir bankçılıq üçün lazım olan bacarıqlara yiyələnməsinə dəstək olacaq. Sədrin sözlərinə görə, bank sektorunun rəqəmsal transformasiyası mühəndislik, informasiya texnologiyaları və analitika sahəsində güclü mütəxəssislərə ehtiyacı artırır. Valentin Morozov vurğulayıb ki, ölkənin ən yaxşı bank məktəbləri sırasında olan “Unibank”ın peşəkar kadrların yetişdirilməsində uzun illərə dayanan təcrübəsi var. Memorandum BANM tələbələrinə biliklərini bu təcrübə əsasında real iş mühitində tətbiq etmək imkanı yaradacaq.

Rektor Elmar Qasımov BANM-in fəaliyyəti, son illərdə həyata keçirilən yeniliklər və universitetin hədəfləri barədə məlumat verib. O, real sektorla birbaşa əməkdaşlığın əmək bazarının tələblərini öyrənmək və təhsili bu tələblərə uyğunlaşdırmaq baxımından vacib olduğunu vurğulayıb. Rektor “Unibank”la əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Görüşdə gələcəkdə həyata keçirilə biləcək birgə layihələr də müzakirə olunub.

Unibank Unibank KB ASC Bakı Ali Neft Məktəbi BANM Unibank və BANM əməkdaşlığı Unibank BANM memorandum Valentin Morozov Elmar Qasımov Unibank təcrübə proqramı Unibank karyera imkanları Unibank-da iş imkanları tələbələr üçün istehsalat təcrübəsi tələbə və məzunlar üçün iş imkanları bank sektorunda karyera Azərbaycanda bank işi bank sektorunda peşəkar kadr hazırlığı bankçılıq sahəsində təlimlər bank sektorunun rəqəmsal transformasiyası bank sektorunda informasiya texnologiyaları bankçılıqda analitika maliyyə texnologiyaları universitet və bank əməkdaşlığı Azərbaycanda tələbələrin məşğulluğu əmək bazarının tələbləri Unibank sosial məsuliyyət layihələri Unibank xəbərləri 2026.
26.11.2026 15:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19