Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın Ermənistana ixracı 24 milyon dollara yaxınlaşıb

Azərbaycan Ermənistana 24 milyon dollara yaxın məhsul satıb. Azərbaycanın Ermənistana ixracı idxalından 246 dəfə çox olub
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Ermənistana ixracı 24 milyon dollara yaxınlaşıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 699 min 210 ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin ilk 10 ayında Ermənistandan Azərbaycana isə 96 min 460 dollar dəyərində məhsul idxal olunub.

Reklam_3_11

Beləliklə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Ermənistan arasında xarici ticarət dövriyyəsi 23 milyon 795 min 670 dollar, Azərbaycanın xeyrinə yaranmış müsbət ticarət saldosu isə 23 milyon 602 min 750 dollar təşkil edib.

İki ölkə arasında ticarət dövriyyəsinin 99,6%-i Azərbaycanın Ermənistana ixracının, 0,4%-i isə Ermənistandan idxalının payına düşüb.

Azərbaycanın Ermənistana ixracının dəyəri idxalının dəyərindən təxminən 246 dəfə çox olub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin 2025-ci ilin yanvar-oktyabr ayları üzrə hesabatında Ermənistanla xarici ticarət əməliyyatları qeydə alınmayıb.

Dövlət Gömrük Komitəsinin təqdim olunan ölkələr üzrə statistikasında Ermənistana ixrac və bu ölkədən idxal olunan məhsulların çeşidləri açıqlanmayıb.

Azərbaycan Ermənistan ticarəti Azərbaycanın Ermənistana ixracı Ermənistandan Azərbaycana idxal Azərbaycan Ermənistan iqtisadi əlaqələri Azərbaycan Ermənistan ticarət dövriyyəsi Azərbaycan Ermənistan xarici ticarət 2026 Ermənistana məhsul ixracı Ermənistanın Azərbaycandan idxalı Azərbaycan Ermənistan ticarət saldosu Dövlət Gömrük Komitəsi Ermənistana ixrac statistikası Azərbaycan Ermənistan iqtisadi əməkdaşlığı Azərbaycanın ixrac göstəriciləri 2026-cı ilin 10 ayı xarici ticarət Azərbaycan Ermənistan ticarət əlaqələri Ermənistana ixrac edilən məhsullar Azərbaycan Ermənistan iqtisadi xəbərləri
26.11.2026 16:05
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19