Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Niderlandın konsaltinq şirkəti “NetherBridge Partners” Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirir

Mərkəzi ofisi Amsterdamda yerləşən “NetherBridge Partners” şirkəti Bakıda keçiriləcək INMerge Innovation Summit 2026-da iştirak edərək investisiya və biznes imkanlarını araşdıracaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Niderlandın konsaltinq şirkəti “NetherBridge Partners” Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amsterdam mərkəzli beynəlxalq konsaltinq və korporativ xidmətlər şirkəti “NetherBridge Partners” 30 noyabr – 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “INMerge Innovation Summit 2026”da iştirak edəcək.

Şirkətdən verilən məlumata görə, şirkətin Azərbaycana səfəri beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının araşdırılması və Azərbaycan ilə Niderland arasında uzunmüddətli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, “NetherBridge Partners” beynəlxalq şirkətlərə, investorlara və biznes qruplarına maliyyə, vergi, hüquq, korporativ strukturlaşdırma, mühasibat uçotu, maliyyə hesabatlılığı və strateji konsaltinq istiqamətləri üzrə kompleks xidmətlər təqdim edən müstəqil konsaltinq şirkətidir.

Niderlandın Amsterdam, Rotterdam və Leyden şəhərlərində fəaliyyət göstərən şirkət müxtəlif sahələr üzrə peşəkar bilik və təcrübəni vahid strukturda birləşdirərək beynəlxalq bizneslərin qurulması, idarə olunması və strateji inkişafına dəstək göstərir.

Bildirilir ki, Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyi, beynəlxalq investisiya potensialı və inkişaf edən biznes ekosistemi Avropa şirkətləri ilə əməkdaşlıq üçün yeni perspektivlər yaradır.

Həmçinin “NetherBridge Partners” beynəlxalq təcrübəsi və peşəkar əlaqələri vasitəsilə Azərbaycanda biznes mühitinin inkişafına, müasir korporativ idarəetmə və maliyyə təcrübəsinin tətbiqinə, eləcə də qarşılıqlı investisiya və əməkdaşlıq təşəbbüslərinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Bununla yanaşı “INMerge Innovation Summit” çərçivəsində şirkət biznes liderləri, investorlar, maliyyə institutları və innovasiya ekosisteminin nümayəndələri ilə potensial əməkdaşlıq istiqamətlərini müzakirə etməyi planlaşdırır.

Xüsusi olaraq qeyd edilir ki, “NetherBridge Partners”in uzunmüddətli baxışı Azərbaycan və Niderland arasında kapitalın, biliklərin, peşəkar təcrübənin və biznes imkanlarının qarşılıqlı mübadiləsinə əsaslanan dayanıqlı iqtisadi tərəfdaşlıqların inkişafına töhfə verməkdən ibarətdir.

Ətraflı məlumat: www.netherbridge.nl

NetherBridge Partners NetherBridge Partners Azərbaycan NetherBridge Partners Bakı Niderland konsaltinq şirkəti INMerge Innovation Summit 2026 INMerge Bakı 2026 Azərbaycan Niderland iqtisadi əməkdaşlığı Azərbaycan Niderland biznes əlaqələri Azərbaycanda investisiya imkanları Azərbaycana xarici investisiyalar Avropa şirkətlərinin Azərbaycana marağı beynəlxalq konsaltinq xidmətləri beynəlxalq korporativ xidmətlər Niderlandda şirkət yaratmaq Niderlandda biznes qurmaq Avropada şirkət qeydiyyatı Azərbaycan şirkətlərinin Avropa bazarına çıxışı beynəlxalq vergi konsaltinqi korporativ strukturlaşdırma beynəlxalq mühasibat uçotu maliyyə hesabatlılığı korporativ idarəetmə strateji biznes konsaltinqi Azərbaycan biznes ekosistemi Bakı Konqres Mərkəzi beynəlxalq iqtisadi tərəfdaşlıq
27.11.2026 14:51
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19