Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

110 milyon manatlıq Azərbaycan şirkəti digər şirkəti özünə birləşdirir

Azərbaycanda iki şirkət birləşir – “Media Balans” ləğv olunur – “Sun Food”a qoşulur. “Sun Food” şirkəti yenidən təşkil olunur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
110 milyon manatlıq Azərbaycan şirkəti digər şirkəti özünə birləşdirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

110 milyon 275 min manat nizamnamə kapitalına malik “Sun Food” MMC “Media Balans” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunur.

Marja.az xəbər verir ki, “Sun Food” MMC “Media Balans” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Eyni zamanda, “Media Balans” MMC təsisçisinin qərarına əsasən “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu açıqlayıb.

Hər iki şirkətin kreditorları öz tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, giriş 134 ünvanına bildirə bilərlər (Azərsun Holdinq MMC-nin yerləşdiyi ünvan). Müvafiq elanlar 26 noyabr 2026-cı il tarixində dərc edilib.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, 16 may 2003-cü il tarixində dövlət qeydiyyatına alınmış “Sun Food” MMC-nin nizamnamə kapitalı 110 milyon 275 min 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi İrfan Yılmazdır.

2018-ci il aprelin 10-da VÖEN verilmiş “Media Balans” MMC-nin nizamnamə kapitalı isə 50 min manatdır. Şirkətin qanuni təmsilçisi Roya Shadfar İsmayılzadə Mohammad qızıdır.

Hər iki şirkət Bakı şəhərinin Nizami rayonunda, Heydər Əliyev prospektində hüquqi qeydiyyatdadır. “Sun Food” MMC-nin hüquqi ünvanı prospektin 134, “Media Balans” MMC-nin hüquqi ünvanı isə 132 nömrəli binasıdır.

Reyestr məlumatlarına görə, hər iki şirkət aktiv vergi ödəyicisi olmaqla yanaşı, ƏDV qeydiyyatındadır və vergi borcu yoxdur. Həmçinin şirkətlər riskli vergi ödəyiciləri hesab edilmirlər.

Yenidən təşkil prosesinin başa çatmasından sonra “Sun Food” MMC-nin nizamnamə kapitalının dəyişib-dəyişməyəcəyi barədə açıqlamada məlumat verilməyib.

Sun Food MMC Media Balans MMC Sun Food şirkəti Sun Food Media Balans birləşməsi Sun Food yenidən təşkil Media Balans ləğv olunur Sun Food nizamnamə kapitalı 110 milyon manat kapital İrfan Yılmaz Roya Shadfar İsmayılzadə Azərbaycanda şirkətlərin birləşməsi şirkətlərin yenidən təşkili şirkətlərin qoşulması şirkətlərin ləğvi 2026 Azərbaycanda korporativ dəyişikliklər Dövlət Vergi Xidməti Sun Food VÖEN 9900020861 Media Balans VÖEN 1603256931.
27.11.2026 13:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19