Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
“Unibank” KB ASC 24–25 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunun (IBF 2026) tərəfdaşı olub. “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən forum regionun ən iri maliyyə və bankçılıq tədbirlərindən biridir.
Forum Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Mərkəzi Bankın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də türk dövlətlərinin bank assosiasiyalarının dəstəyi ilə təşkil olunub. Bu il onuncu dəfə keçirilən IBF yerli və beynəlxalq maliyyə sektorunun aparıcı nümayəndələrini bir araya gətirib. Forumda bankçılığın gələcəyi, süni intellektin maliyyə xidmətlərində tətbiqi, açıq bankçılıq, ani və transsərhəd ödənişlər, kiberdavamlılıq, dələduzluq risklərinin idarə olunması və inklüziv maliyyə kimi mövzular müzakirə edilib.
“Unibank” forumda təkcə tərəfdaş kimi deyil, müzakirələrin fəal iştirakçısı kimi də təmsil olunub. Bankın İdarə Heyətinin üzvü, Pərakəndə bankçılıq və Marketinq üzrə Baş inzibatçı İlkin Quliyev və Daxili audit departamentinin direktoru Nərgiz Əliyeva forumun panel sessiyalarında spiker kimi çıxış edərək, rəqəmsal transformasiya, müştəri təcrübəsi, risklərin və kibertəhlükəsizliyin idarə olunması kimi mövzularda bankın yanaşmasını və təcrübəsini bölüşüblər. Çıxışlarda bank xidmətlərinin daha əlçatan, təhlükəsiz və müştəriyönümlü olması üçün görülən işlərə, eləcə də sektorun qarşısında duran yeni çağırışlara xüsusi diqqət ayrılıb.
“Unibank” bank sektorunun inkişafına, yeni texnologiyaların tətbiqinə və peşəkar təcrübə mübadiləsinə xidmət edən platformalarda iştirakı vacib hesab edir. Bank bu cür təşəbbüslərdə fəal iştirakını gələcəkdə də davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 38 d. sonra
-
9 d. əvvəl
Gələn ildən banklar 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq
- 11 d. əvvəl
-
28 d. əvvəl
Süni intellekt "fırtınası" – Proqram təminatı nəhəngi 10 min iş yerini ləğv edə bilər
- 30 d. əvvəl
-
38 d. əvvəl
“Bank of Baku”nun sədrinin səlahiyyət müddətinin uzadılması gündəmə gətirilib
-
1 saat əvvəl
Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq
-
1 saat əvvəl
Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Süni intellekt "fırtınası" – Proqram təminatı nəhəngi 10 min iş yerini ləğv edə bilər
Ən çox oxunanlar
Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq
Avtomobil nəhəngi Avropada istehsalı dayandırır - Çin avtomobillərinin rəqabət təzyiqi artır
Azərbaycan neftinin son qiyməti
“AzInTelecom” X Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş olub
Azərbaycanın çay idxalı ixracından 12 dəfə çox olub
“Azər Türk Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixi dəyişdirilib
Rəsmi məzənnələr açıqlandı























