“Azər Türk Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixi dəyişdirilib
“Azər Türk Bank” ASC-nin səhmdarlarının 23 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılan növbədənkənar ümumi yığıncağının tarixi dəyişdirilib.
Marja.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin səhmdarlara ünvanladığı bildirişdə qeyd edilib.
Bildirilib ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 24 dekabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 85; 192/193 ünvanında yerləşən Bankın inzibati binasında keçiriləcək.
Ümumi yığıncağın gündəliyinə (“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi) dəyişiklik edilməyib.
Səhmdarlar qanunvericiliyin və Bankın nizamnaməsinin tələblərinə uyğun olaraq səsvermə bülletenini doldurmaq və müvafiq sənədləri təqdim etmək şərtilə səsvermədə qiyabi iştirak edə bilərlər.
Qiyabi səsvermə üçün sənədlər 24 dekabr 2026-cı il tarixinədək Bankın inzibati binasına göndərilməlidir. Təqdim edilmiş zərflərin açılması və qiyabi qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcək.
Səhmdarlar iclas materialları ilə tanış olmaq üçün Bankın korporativ katibi Sona Məmmədli ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Bankın yaydığı bildirişdə yığıncağın tarixinin dəyişdirilməsinin səbəbi açıqlanmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 2 saat sonra
-
18 d. əvvəl
“Azər Türk Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixi dəyişdirilib
- 28 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanın azot gübrəsi ixracından gəlirləri 10 milyon dollardan çox azalıb
-
34 d. əvvəl
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
-
38 d. əvvəl
Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb
-
39 d. əvvəl
Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb
- 42 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Azər Türk Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixi dəyişdirilib
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
Ən çox oxunanlar
Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb
Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb
Azərbaycanın xurma ixracında kəskin geriləmə – RƏQƏMLƏR
Azərbaycanın alma ixracı kəskin azalıb




























