Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb

Azərbaycan xaricə 109 min tondan çox pambıq lifi satıb. Azərbaycanın pambıq lifi ixracından gəlirləri 13,7 milyon dollar artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 156 milyon 911 min ABŞ dolları dəyərində 109 min 693 ton pambıq lifi ixrac edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın pambıq lifi ixracı fiziki həcm ifadəsində 9 min 368 ton və ya 9,3%, dəyər ifadəsində isə 13 milyon 711 min dollar və ya 9,6% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 143 milyon 200 min dollar dəyərində 100 min 325 ton pambıq lifi ixrac olunmuşdu.

İxrac olunan pambıq lifinin orta statistik vahid dəyərində isə cüzi artım qeydə alınıb.

Marja.az-ın hesablamalarına görə, ixrac olunan pambıq lifinin bir tonunun orta statistik dəyəri ötən ilin ilk 10 ayındakı təxminən 1427 dollardan cari ilin eyni dövründə 1430 dollara yüksəlib.

Beləliklə, Azərbaycanın pambıq lifi ixracının ümumi dəyərindəki artım əsasən ixracın fiziki həcminin artması hesabına formalaşıb.

Cari ilin ilk 10 ayında pambıq lifinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi 4,92% təşkil edib.

Azərbaycanın pambıq ipliyi ixracından gəlirləri 41,5% artıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 38 milyon 847 min ABŞ dolları dəyərində 16 min 978 ton pambıq ipliyi ixrac edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın pambıq ipliyi ixracı fiziki həcm ifadəsində 4 min 948 ton və ya 41,1%, dəyər ifadəsində isə 11 milyon 396 min dollar və ya 41,5% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 27 milyon 451 min dollar dəyərində 12 min 29 ton pambıq ipliyi ixrac olunmuşdu.

İxracın fiziki həcmi ilə statistik dəyərinin artım templərinin bir-birinə yaxın olması göstərir ki, pambıq ipliyi ixracının ümumi dəyərindəki artım əsasən ixrac olunan məhsulun miqdarının artması hesabına baş verib.

PAMBIQ LİFİ VƏ PAMBIQ İPLİYİNİN ÜMUMİ İXRACI 196 MİLYON DOLLARA YAXINLAŞIB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracının ümumi dəyəri 195 milyon 758 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu iki məhsul üzrə ixracın ümumi dəyəri 170 milyon 651 min dollar olmuşdu. Beləliklə, Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracının ümumi dəyəri 25 milyon 107 min dollar və ya 14,7% artıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan pambıq lifi ixracı pambıq ixracı 2026 Azərbaycan pambıq istehsalı Azərbaycan pambıqçılıq sektoru pambıq lifinin ixrac qiyməti pambıq ixracından gəlirlər Azərbaycan pambıq bazarı Azərbaycan qeyri-neft ixracı Azərbaycan aqrar ixracı Dövlət Gömrük Komitəsi Azərbaycan pambıq ipliyi ixracı pambıq ipliyi ixracı 2026 Azərbaycan pambıq ipliyi istehsalı Azərbaycan toxuculuq sənayesi pambıq ipliyi ixracından gəlirlər pambıq lifi və pambıq ipliyi ixracı Azərbaycan tekstil sənayesi Azərbaycan sənaye ixracı
27.11.2026 08:52
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19