Azərbaycanın azot gübrəsi ixracından gəlirləri 10 milyon dollardan çox azalıb
Azərbaycanın azot gübrəsi ixracı azalıb – Orta ixrac dəyəri 23% artıb . Azərbaycanın azot gübrəsi ixracı 119 min tona yaxın azalıb. Azərbaycan 10 ayda xaricə 143 milyon dollara yaxın azot gübrəsi satıb. İxrac olunan azot gübrəsinin orta dəyəri 23% artıb.2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 142 milyon 810 min ABŞ dolları dəyərində 371 min 888 ton azot gübrəsi ixrac edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın azot gübrəsi ixracı fiziki həcm ifadəsində 118 min 626 ton və ya 24,2%, dəyər ifadəsində isə 10 milyon 239 min dollar və ya 6,7% azalıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 153 milyon 50 min dollar dəyərində 490 min 514 ton azot gübrəsi ixrac olunmuşdu.
İXRAC OLUNAN AZOT GÜBRƏSİNİN ORTA DƏYƏRİ YÜKSƏLİB
Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan azot gübrəsinin bir tonunun orta statistik dəyəri təxminən 312 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 384 dollara yüksəlib. Beləliklə, ixrac olunan azot gübrəsinin bir tonunun orta statistik dəyəri 72 dollar və ya 23,1% artıb.
İxrac olunan məhsulun orta statistik vahid dəyərinin yüksəlməsi ixracın fiziki həcmindəki kəskin azalmanın ümumi ixrac dəyərinə təsirini əhəmiyyətli dərəcədə kompensasiya edib.
2026-cı ilin ilk 10 ayında azot gübrəsinin payına Azərbaycanın kimya sənayesi məhsulları ixracının dəyərinin 47,6%-i, Azərbaycan mənşəli qeyri-neft məhsulları ixracının dəyərinin isə 4,48%-i düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 2 saat sonra
- 9 d. əvvəl
-
13 d. əvvəl
Azərbaycanın azot gübrəsi ixracından gəlirləri 10 milyon dollardan çox azalıb
-
15 d. əvvəl
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
-
19 d. əvvəl
Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb
-
20 d. əvvəl
Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb
- 23 d. əvvəl
- 25 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb
Azərbaycanın xurma ixracında kəskin geriləmə – RƏQƏMLƏR
Azərbaycanın alma ixracı kəskin azalıb

























