Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
Azərbaycan xaricə 93,5 min ton az metanol satıb, 13,2 milyon dollar çox vəsait əldə edib. Azərbaycanın metanol ixracının miqdarı azalıb, dəyəri artıb2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 96 milyon 756 min ABŞ dolları dəyərində 284 min 12 ton metanol (metil spirti) ixrac edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın metanol ixracının fiziki həcmi 93 min 502 ton və ya 24,8% azalsa da, dəyəri 13 milyon 216 min dollar və ya 15,8% artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 83 milyon 540 min dollar dəyərində 377 min 514 ton metanol ixrac olunmuşdu.
İXRAC OLUNAN METANOLUN ORTA DƏYƏRİ 54% ARTIB
Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan metanolun bir tonunun orta statistik dəyəri təxminən 221 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 341 dollara yüksəlib. Beləliklə, ixrac olunan metanolun bir tonunun orta statistik dəyəri təxminən 119 dollar və ya 54% artıb.
Orta ixrac dəyərindəki artım metanol ixracının fiziki həcmindəki azalmanı kompensasiya etməklə yanaşı, ixracın ümumi dəyərinin yüksəlməsini təmin edib.
Cari ilin ilk 10 ayında metanolun payına Azərbaycanın kimya sənayesi məhsulları ixracının dəyərinin 32,3%-i, Azərbaycan mənşəli qeyri-neft məhsulları ixracının dəyərinin isə 3,04%-i düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 2 saat sonra
- 7 d. əvvəl
-
11 d. əvvəl
Azərbaycanın azot gübrəsi ixracından gəlirləri 10 milyon dollardan çox azalıb
-
13 d. əvvəl
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
-
17 d. əvvəl
Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb
-
18 d. əvvəl
Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb
- 21 d. əvvəl
- 23 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan daha az metanol ixrac edib, daha çox vəsait əldə edib
Azərbaycanın pambıq lifi və pambıq ipliyi ixracından gəlirləri artıb
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az narı daha yüksək orta dəyərlə satıb
Azərbaycanın xurma ixracında kəskin geriləmə – RƏQƏMLƏR
Azərbaycanın alma ixracı kəskin azalıb



























