JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu
JAECOO 7 dünya rekordu qırdı – 100 kilometrə cəmi 4,11 litr yanacaq sərf etdi. 756 kilometr yol, 4,11 litr orta yanacaq sərfiyyatı – JAECOO Ginnesin Rekordlar Kitabına düşdü.JAECOO 7 SHS-P Böyük Britaniyanın “National Three Peaks Challenge” sınağında 756 kilometrlik marşrutu hər 100 kilometrə orta hesabla 4,11 litr yanacaq sərf etməklə tamamlayıb. Guinness World Records bu nəticəni həmin marşrutu qət edən, şəbəkədən şarj olunan hibrid SUV-lər (PHEV) arasında ən aşağı yanacaq sərfiyyatı üzrə dünya rekordu kimi rəsmən təsdiqləyib.
2026-cı il sentyabrın 19–20-də keçirilən sınağın marşrutu Şotlandiya, İngiltərə və Uelsin ən yüksək dağ zirvələrini birləşdirib. Güclü yağış və külək şəraitində magistral yollardan, kənd yollarından və dolanbac dağ yollarından keçən JAECOO 7 SHS-P bu yürüşdə hibrid sisteminin enerji səmərəliliyini nümayiş etdirib.
Sınaqda xüsusi texniki dəyişiklik edilməmiş seriya istehsalı avtomobildən istifadə olunub. JAECOO 7 SHS-P-nin yanacaq doldurma və şarj girişləri Britaniyanın RAC təşkilatının iştirakı ilə möhürlənib. Yürüş məlumatları isə Webfleet platforması vasitəsilə qeydə alınıb.
Bu rekord OMODA & JAECOO-nun SHS (Super Hybrid System) texnologiyası ilə Böyük Britaniyada əldə etdiyi növbəti nəticədir. 2026-cı ilin iyununda JAECOO 7 SHS-P UTAC Millbrook sınaq mərkəzində tam yanacaq çəni və tam şarj edilmiş batareya ilə 1333 kilometr məsafə qət edib. Bu nəticə modelin rəsmi WLTP yürüş göstəricisini 11,14% üstələyib.
JAECOO 7 Böyük Britaniyanın yeni avtomobil bazarında da ön sıralarda yer alıb. Böyük Britaniya Avtomobil İstehsalçıları və Ticarətçiləri Assosiasiyasının (SMMT) məlumatına görə, JAECOO 7 həm sentyabrda, həm də oktyabrda ölkənin ən çox satılan yeni avtomobili olub. 2026-cı ilin ilk on ayında 42 885 qeydiyyatla model ölkə üzrə ikinci yeri tutub.
Üç il ərzində bir milyon avtomobil satan OMODA & JAECOO dünyanın 79 bazarında təmsil olunur. Brend yüksək performansı, enerji səmərəliliyini və komfortu bir araya gətirən mühəndislik həlləri ilə beynəlxalq avtomobil bazarında mövqeyini gücləndirməyə davam edir.
OMODA & JAECOO-nun Azərbaycandakı rəsmi distribyutoru IMOTORS MMC avtomobillərin rəsmi satışını həyata keçirir, 7 il və ya 200 000 kilometr rəsmi zəmanət və satışdan sonra rəsmi servis xidməti təqdim edir.
Ünvan — Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 57C (Port Baku yaxınlığı)
Vebsayt — www.omodajaecoo.az
Əlaqə — *8887
Qeyd. Yanacaq sərfiyyatı və yürüş məsafəsi üzrə göstərilən nəticələr xüsusi sınaqlarda əldə olunub. Faktiki göstəricilər istifadə şəraitindən asılı olaraq dəyişə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 3 saat sonra
- 14 d. əvvəl
-
22 d. əvvəl
JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu
-
9 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
13 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
13 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
13 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu
“Amal Group”un xərcləri artıb, mənfəəti kəskin azalıb - 49 milyona yaxın gəlirdən 2,3 milyon manat qazanc qalıb
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




























