Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın pomidor ixracından gəlirləri 180 milyon dolları keçib.Pomidor ixracından gəlirlər 20,7 milyon dollar artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 180 milyon 498 min ABŞ dolları dəyərində 149 min 128 ton pomidor ixrac edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın pomidor ixracı fiziki həcm ifadəsində 2 min 745 ton və ya 1,9%, dəyər ifadəsində isə 20 milyon 709 min dollar və ya 13% artıb.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 159 milyon 788 min dollar dəyərində 146 min 384 ton pomidor ixrac edilmişdi.

İXRAC OLUNAN POMİDORUN ORTA STATİSTİK DƏYƏRİ ARTIB

Marja.az-ın Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan pomidorun bir tonunun orta statistik dəyəri 1 092 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 1 210 dollara yüksəlib.

Beləliklə, ixrac olunan pomidorun bir tonunun orta statistik dəyəri təxminən 118 dollar və ya 10,9% artıb.

Manat ifadəsində ixrac olunan pomidorun bir kiloqramının orta statistik dəyəri 1,86 manatdan 2,06 manata yüksəlib.

Rəqəmlər göstərir ki, Azərbaycanın pomidor ixracından əldə etdiyi gəlirlərin artması əsasən ixrac olunan məhsulun orta statistik vahid dəyərinin yüksəlməsi hesabına baş verib.

MEYVƏ-TƏRƏVƏZ İXRACININ TƏXMİNƏN DÖRDDƏBİRİNİ POMİDOR TƏŞKİL EDİB

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan ümumilikdə 751 milyon 604 min dollar dəyərində 620 min 580 ton meyvə və tərəvəz ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın meyvə-tərəvəz ixracının dəyəri 8,1% artıb. Pomidor ixracının dəyərindəki 13%-lik artım meyvə-tərəvəz ixracının ümumi artım tempini üstələyib.

Pomidorun Azərbaycanın meyvə-tərəvəz ixracının ümumi dəyərində xüsusi çəkisi 22,98%-dən 24,02%-ə yüksəlib.

Azərbaycan pomidor ixracı Azərbaycan pomidor ixracı 2026 Azərbaycan tomat ixracı Azərbaycanın pomidor ixracından gəlirləri Azərbaycan pomidorunun ixrac qiyməti pomidor ixracının artması Azərbaycan pomidor istehsalı Azərbaycan pomidor bazarı Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı Azərbaycan meyvə tərəvəz ixracı Azərbaycan qeyri-neft ixracı ixrac olunan pomidorun orta dəyəri pomidor ixracı statistikası Dövlət Gömrük Komitəsi 2026-cı ilin 10 ayında pomidor ixracı Azərbaycan aqrar ixracı Azərbaycanın ixrac gəlirləri
26.11.2026 18:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19