Azərbaycan xaricdən 1,2 milyon tondan çox buğda alıb - 1 tonunun orta dəyəri 358 manata düşüb
Azərbaycan daha çox buğdanı daha aşağı orta dəyərlə idxal edib. Azərbaycana idxal olunan buğdanın bir tonunun orta dəyəri 358 manata düşüb. Buna baxmayaraq, Azərbaycanın buğda idxalına sərf etdiyi vəsait 60,6 milyon manat artıb2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 253 milyon 332 min ABŞ dolları dəyərində 1 milyon 203 min 526 ton buğda idxal olunub.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın buğda idxalı fiziki həcm ifadəsində 193 min 912 ton və ya 19,2%, dəyər ifadəsində isə 35 milyon 641 min dollar və ya 16,4% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 217 milyon 691 min dollar dəyərində 1 milyon 9 min 614 ton buğda idxal edilmişdi.
İDXAL OLUNAN BUĞDANIN ORTA DƏYƏRİ AZALIB
Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycana idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 215,62 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 210,49 dollara düşüb. Beləliklə, idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 5,13 dollar və ya 2,4% azalıb.
Manat ifadəsində idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 366,55 manatdan 357,83 manata düşüb.
BUĞDANIN ÜMUMİ İDXALDA PAYI ARTIB
2026-cı ilin ilk 10 ayında buğdanın Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 1,13%-dən 1,66%-ə yüksəlib. Buğdanın Azərbaycanın yeyinti məhsulları idxalının ümumi dəyərində xüsusi çəkisi isə 10,3%-dən 10,9%-ə çatıb.
Cari ilin ilk 10 ayında Azərbaycanın buğda idxalının ümumi statistik dəyəri manat ifadəsində 430 milyon 664 min manat təşkil edib.
Müştərilərin xəbərləri
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 2 d. əvvəl
- 9 d. əvvəl
-
12 d. əvvəl
Azərbaycan xaricdən 1,2 milyon tondan çox buğda alıb - 1 tonunun orta dəyəri 358 manata düşüb
-
19 d. əvvəl
İdxal olunan kərə yağı və digər süd yağlarının kiloqramının orta dəyəri 10,24 manata düşüb
- 22 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanın alüminium ixracından gəlirləri 39% artaraq 244 milyon dolları keçib
-
1 saat əvvəl
Expressbankdan maaş məbləğindən asılı olmayan kredit təklifi – “Extra Friday” ®
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Bir çox torpaq sahiblərinin illərdir gözlədiyi qərar - Verilmiş torpaq sənədləri çıxarış almağa əsas olacaq
İdxal olunan kərə yağı və digər süd yağlarının kiloqramının orta dəyəri 10,24 manata düşüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq ®
Ən çox oxunanlar
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
























