Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

10 ayda Azərbaycan xaricdən 659 milyon manata yaxın geyim və geyim ləvazimatları alıb

Azərbaycanın geyim idxalının dəyəri 16,6 milyon manat azalıb
AzVak-mobil_resmin_ustu_31
10 ayda Azərbaycan xaricdən 659 milyon manata yaxın geyim və geyim ləvazimatları alıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 387 milyon 482 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın geyim əşyaları və geyim üçün ləvazimatların idxalının dəyəri 9 milyon 774 min dollar və ya 2,5% azalıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 397 milyon 256 min dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilmişdi.

GEYİM İDXALININ DƏYƏRİ 16,6 MİLYON MANAT AZALIB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın geyim əşyaları və geyim üçün ləvazimatların idxalının ümumi statistik dəyəri manat ifadəsində 658 milyon 720 min manat təşkil edib.

Ötən ilin eyni dövründə bu göstərici 675 milyon 336 min manat olmuşdu.

Beləliklə, geyim əşyaları və geyim üçün ləvazimatların idxalının dəyəri manat ifadəsində 16 milyon 616 min manat azalıb.

ÜMUMİ İDXALDA GEYİM MƏHSULLARININ PAYI ARTIB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın ümumi idxalının dəyəri 20,6%, geyim əşyaları və geyim üçün ləvazimatların idxalının dəyəri isə 2,5% azalıb.

Geyim məhsullarının idxalının ümumi idxalla müqayisədə daha aşağı templə azalması nəticəsində bu məhsulların Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 2,07%-dən 2,54%-ə yüksəlib.

Azərbaycan geyim idxalı geyim idxalı 2026 Azərbaycana idxal olunan geyimlər geyim əşyaları və geyim üçün ləvazimatlar Azərbaycan geyim bazarı Azərbaycan tekstil bazarı Azərbaycan moda bazarı geyim məhsullarının idxalı geyim idxalının azalması Azərbaycan geyim sənayesi Azərbaycan pərakəndə geyim bazarı Dövlət Gömrük Komitəsi
27.11.2026 13:15
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19