Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
Ölkənin birinci bankı Kapital Bank beynəlxalq maliyyə bazarlarından növbəti sindikatlaşdırılmış maliyyələşməni cəlb edib.
Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə institutlarından biri olan “Mashreq Bank”la ikinci kredit sazişini Bakıda imzalayıb. Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor Fərid Hüseynov və “Mashreq Bank”ın İcraçı vitse-prezidenti, Beynəlxalq Maliyyə İnstitutları üzrə rəhbər Aziz Ata tərəfindən imzalanan sazişin ümumi həcmi 105 milyon ABŞ dolları ekvivalentindədir.
Maliyyələşmənin 80 milyon ABŞ dolları və 42,5 milyon manatlıq hissəsi müvafiq olaraq xarici və milli valyutada cəlb olunub. Əməliyyatın Azərbaycan manatı ilə də həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə institutlarının milli valyutada belə bir maliyyələşmədə iştirakı ölkənin maliyyə bazarının, beynəlxalq tərəfdaşlarla əlaqələrinin inkişafını və Kapital Bank-a göstərilən etimadı əks etdirir.
1967-ci ildən fəaliyyət göstərən “Mashreq Bank” Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə qurumlarından, Yaxın Şərq və Şimali Afrika regionunun tanınmış banklarından biridir. Tərəflər arasında ilk sindikatlaşdırılmış kredit sazişi 2025-ci ildə Dubayda imzalanıb və 50 milyon ABŞ dolları təşkil edib.
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov rəsmi sosial şəbəkə hesabında sazişin əhəmiyyətini belə şərh edib: “Bu yeni saziş qlobal maliyyə institutlarının bankımıza olan davamlı etimadının və tərəfdaşlığımızın uzunmüddətli xarakter daşıdığının bariz göstəricisidir”.
Fərid Hüseynov bildirib ki, “Mashreq Bank”la yanaşı, Körfəz, Avropa və Mərkəzi Asiya regionlarının maliyyə qurumları ilə ardıcıl əməkdaşlıq Kapital Bank-ın qlobal maliyyə ekosistemində etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Bir ekosisteminin aparıcı maliyyə qurumu olan Kapital Bank beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə ölkənin maliyyə sektorunun qlobal maliyyə bazarları ilə əlaqələrinin inkişafına töhfə verir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı, 48 şöbəsi və 19 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
Niderlandın konsaltinq şirkəti “NetherBridge Partners” Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirir
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
2 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
34 d. əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 110 milyon kisə istehsal ediləcək
- 40 d. əvvəl
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Həbsdə olan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxıldı
-
2 saat əvvəl
ABŞ-ın təzyiqləri fonunda Türkiyədən İranla mühüm qaz razılaşması
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
Azərbaycanın 2027-ci il üçün iqtisadi hədəfləri – 141 milyard manatlıq ÜDM, 42,4 milyard manatlıq büdcə xərcləri
Ən çox oxunanlar
Niderlandın konsaltinq şirkəti “NetherBridge Partners” Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirir
Həbsdə olan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxıldı
ABŞ-ın təzyiqləri fonunda Türkiyədən İranla mühüm qaz razılaşması
İdxalı 3 il müddətində ƏDV və gömrük rüsumlarından azad ediləcək dartıcı, qoşqu və yarımqoşqular müəyyənləşir
Azərbaycan xaricdən gübrəni daha baha alır - 1 tonunun orta dəyəri 1110 manata yüksəlib
10 ayda Azərbaycan xaricdən 659 milyon manata yaxın geyim və geyim ləvazimatları alıb
Azərbaycan xaricdən 436 milyon manatlıq bitki yağları alıb






















