Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib!
Ziraat Bank Azərbaycan 24–25 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) ənənəvi olaraq rəsmi tərəfdaş qismində iştirak edib.
Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq, yerli və beynəlxalq tərəfdaş qurumların dəstəyi ilə keçirilən forum bu il 10-cu dəfə təşkil olunub.
“Etibarlı, təhlükəsiz, dayanıqlı bankçılıq və texnologiya” mövzusuna həsr olunan forum regionun aparıcı maliyyə institutlarını, tənzimləyici orqanların nümayəndələrini, beynəlxalq təşkilatları, yerli və xarici ekspertləri bir araya gətirib. Tədbir çərçivəsində bank sektorunun inkişaf perspektivləri, rəqəmsal transformasiya, innovativ maliyyə texnologiyaları, kibertəhlükəsizlik və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Forumda Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, eləcə də bankın digər rəhbər şəxsləri iştirak ediblər.
Forumda çıxış edən Türkiyə Banklar Birliyinin icraçı direktoru Nurullah Bakır bank sektorunun gələcəyinin etibar, texnoloji inkişaf və dayanıqlı iqtisadi artım prinsiplərinə əsaslandığını vurğulayıb. O, türk dövlətləri arasında maliyyə və bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsinin ticarət, investisiya və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildirib.
Nurullah Bakır, həmçinin süni intellekt, açıq bankçılıq və yeni nəsil ödəniş sistemlərinin yaratdığı imkanlardan danışaraq kibertəhlükəsizliyin və risklərin səmərəli idarə edilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyə bank sektorunun aktivlərinin 1,2 trilyon ABŞ dollarına yaxınlaşdığını, rəqəmsal bankçılıq üzrə aktiv müştərilərin sayının isə 131 milyona çatdığını diqqətə çatdırıb.
Forum çərçivəsində maliyyə sektorundakı innovasiyalara həsr olunan sərgidə Ziraat Bank Azərbaycan öz stendi ilə təmsil olunub. Bankın stendində korporativ və pərakəndə bankçılıq istiqamətləri üzrə məhsul və xidmətlər, eləcə də innovativ maliyyə həlləri forum iştirakçılarına təqdim edilib.
Ziraat Bank Azərbaycanın beynəlxalq forumda rəsmi tərəfdaş qismində iştirakı bank sektorunda təcrübə mübadiləsinin genişləndirilməsinə, işgüzar əlaqələrin möhkəmləndirilməsinə və innovativ bankçılıq ekosisteminin inkişafına verdiyi önəmin göstəricisidir.
Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Niderlandın konsaltinq şirkəti “NetherBridge Partners” Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirir
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
2 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
23 d. əvvəl
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib!
- 23 d. əvvəl
-
31 d. əvvəl
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
- 44 d. əvvəl
-
1 saat əvvəl
Həbsdə olan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxıldı
-
1 saat əvvəl
ABŞ-ın təzyiqləri fonunda Türkiyədən İranla mühüm qaz razılaşması
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan xaricdən gübrəni daha baha alır - 1 tonunun orta dəyəri 1110 manata yüksəlib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Azərbaycanın 2027-ci il üçün iqtisadi hədəfləri – 141 milyard manatlıq ÜDM, 42,4 milyard manatlıq büdcə xərcləri
Niderlandın konsaltinq şirkəti “NetherBridge Partners” Azərbaycanda əməkdaşlıq imkanlarını genişləndirir
Həbsdə olan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxıldı
Ən çox oxunanlar
ABŞ-ın təzyiqləri fonunda Türkiyədən İranla mühüm qaz razılaşması
İdxalı 3 il müddətində ƏDV və gömrük rüsumlarından azad ediləcək dartıcı, qoşqu və yarımqoşqular müəyyənləşir
Azərbaycan xaricdən gübrəni daha baha alır - 1 tonunun orta dəyəri 1110 manata yüksəlib
10 ayda Azərbaycan xaricdən 659 milyon manata yaxın geyim və geyim ləvazimatları alıb
Azərbaycan xaricdən 436 milyon manatlıq bitki yağları alıb
























