Fermerlərin məhsulları dövlət təşkilatlarının ərzaq ehtiyacına yönəldilir
Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin əsas fəaliyyət istiqaməti ölkənin aqrar sektorunun inkişafına təkan verməkdir. Ötən dövrdə dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla (körpələr evi-uşaq bağçaları, xəstəxanalar və s.) 825 müqavilə bağlanılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq tələbatının təmin edilməsi üçün 1835 təchizat nöqtəsi yaradılıb. Cəmiyyət 2017-ci il yanvarın 1-dən etibarən satınalan təşkilatların (təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələr, digər dövlət obyektləri) təchizatının həyata keçirilməsinə başlayıb.
Bu barədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkilatçılığı ilə Qəbələ şəhərində dövlət satınalan təşkilatları və icra nümayəndələrinin iştirakı ilə keçirilən regional müşavirədə danışılıb.
Şəki, Qəbələ və Oğuz rayonlarından olan nümayəndələrin iştirak etdiyi tədbirdə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Xaliq Məmmədov çıxış edərək son illər dövlətimizin başçısının rəhbərliyi ilə qeyri-neft sektorunda əldə edilən inkişafdan söz açıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Cəmiyyətin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsullarının tədarük olunmasına, eləcə də satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaq.
ASC dövlətimizin başçısının tapşırıqları istiqamətində tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün regional görüşlər, sorğular, monitorinqlər keçirir. Cəmiyyətin qarşısına kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək kimi vacib məsələlər qoyulub. Səhmdar cəmiyyət təchizat səviyyəsini öyrənmək və bölgələrdə yerli məhsulların tədarük potensialını yaratmaq məqsədi ilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlərə başlayıb.
Xaliq Məmmədov qeyd edib ki, səhmdar cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq, paytaxtla yanaşı, 12 regionda bölmələr, 46 rayonda dayaq məntəqələri yaradılıb, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilib. Mərkəzi Bakıda olmaqla, 12 rayonda xüsusi təyinatlı, dünya standartlarına cavab verən soyuducu depo-anbarlar qurularaq istifadəyə verilib, bu anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlarına uyğun saxlanma şəraiti təmin edilib.
Qeyd olunub ki, hazırda Şəki, Qəbələ və Oğuz rayonlarında 106 körpələr evi-uşaq bağçası, 5 xəstəxana, 61 icra nümayəndəliyi keyfiyyətli ərzaq məhsulları ilə təmin edilir. Bütün bölgələrdə keçirilən bu cür görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsidir. Hər bir bölgədə yerləşən, təhsil müəssisəsi, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, eləcə də hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin olunarsa, rayonlara böyük həcmdə vəsaitlər daxil olacaq. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət, şəffaflığın təmin olunması, yerli istehsalın dəstəklənməsidir.
Regional müşavirədə satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalından (tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub. Tövsiyə edilib ki, hər bir satınalan təşkilat portalda öz tələbatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən tələbatlar real ehtiyaclara uyğun olmalıdır.
Tədbirdə uşaq bağça müdirlərinin, xəstəxana nümayəndələrinin sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
4 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
5 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib






















