Azərbaycan bu yanacaqdoldurma şəbəkəsini almaq istəyir
Azərbaycan və Səudiyyə Ərəbistanı Avstriyanın “OMV” enerji şirkətinin Türkiyədə sahibi olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin alınmasına maraq göstərir.
Bunu “OMV”nin icraçı direktoru Rayner Seele “Bloomberg Television”a müsahibəsində deyib.
“Petrol Ofisi”nə bəzi tərəflərin maraq göstərdiyini bildirən R.Seele Azərbaycan və Səudiyyə Ərəbistanını xüsusi qeyd edib.
Xatırladaq ki, “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə keçirilən tenderin təklif mərhələsində SOCAR ilə yanaşı, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”, Hollandiyanın enerji şirkəti “Vitol” və “PETROMIN-C PORT OGG” şirkəti qalıb.
SOCAR ötən il noyabrın əvvəlində “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə keçirilən tenderə təklif verib. Həmçinin SOCAR “OMV”nin Türkiyədəki törəməsi “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalının satın alınması üzrə “OMV Aktiengesellschaft” ilə razılığa gəlib. Terminal 200 min kubmetr maye yanacaq və 45 min kubmetr mayeləşdirilmiş neft qaz (LPG) saxlamaq tutumuna malikdir.
“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib: “Petrol Ofisi” üçün sərfəli qiymət olarsa onu almaqda istəkliyik. Artıq tender üzrə qısa siyahı formalaşıb. “Petrol Ofisi”nin Anadoluda əlverişli yanacaqdoldurma stansiyaları bölgüsü var. Biz “Star”da dizel yanacağı istehsal edəcəyik. “Petrol Ofisi”nin Anadoludakı yanacaqdoldurma stansiyaları bölgüsü bizim məhsul üzrə siyasətimizlə üst-üstə düşür. Əgər “Petrol Ofisi” olmasa, digər variantlar üzərində dayanacağıq. Bizim B və C planlarımız da var”.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə bildirib ki, SOCAR “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərini sərfəli şərtlərlə almaq niyyətindədir və ekspertlər bununla bağlı iş aparırlar.
Qeyd edək ki, “OMV” şirkəti ötən ilin fevralında “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin hamısını satışa çıxarıb. Şirkətdən edilən şərhdə “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparıldığı bildirilib. “OMV” 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkət keçən il Türkiyədə 10 milyon tonluq satış reallaşdırdığını açıqlayıb. “OMV” “Petrol Ofisi”ni 2010-cu ildə 1 milyard avroya “Doğan Holding”dən alıb.
“Petrol Ofisi” təxminən 2 minədək yanacaqdoldurma stansiyası, bir yağ fabriki, 11 maye yanacaq, 3 LPG dolum terminalı, 19 aerodrom modulu və təxminən 1,17 milyon kubmetrdən çox saxlama tutumu ilə fəaliyyət göstərərək Türkiyənin maye yanacaq sektorunda ən böyük ikinci özəl şirkətidir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























