“Türkiyənin sənaye məhsulları istehsalçılarının Azərbaycana gəlməsi vacibdir"
“Azərbaycanla Türkiyə arasında çox dərin qardaşlıq əlaqələri var. Amma ticarəti hisslərlə aparmaq olmaz. Ciddi hesab-kitab etmək lazımdır ki, biz bir-birimizə nə verib, nə ala bilərik. Çox qardaşlar var bir-biri ilə ticarət aparmır və bəzən hətta bir-biilərinə zərər vururlar".
Bunu keçirilən kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə biznes-forumunda “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozal deyib.
O, həmçinin bildirib ki, Türkiyənin sənaye məhsulları istehsalçılarının Azərbaycana gəlməsi vacibdir.
"Azərbaycana Türkiyədən yalnız kiçik sərmayəli ticarətçilər gəlirlər. Sənayeçilər niyə gəlmirlər? Onlar bura gəlib istehsalla məşğul ola, pul qazana bilərlər. Azərbaycana bu gün istehsalçı lazımdır. Biz də ilk öncə ticarətlə başladıq. Sonra gördük ki, azərbaycanlılar özləri bunu edirlər. Ona görə biz daha texniki məsələlərə keçdik və istehsala başladıq ki, ticarət onlara qalsın", - deyə A.Goozal qeyd edib.
Holdinq rəhbəri həmçinin iş adamlarını uzunmüddətli investisiyalar qoymağa səsləyib: "Əgər bir şəxs torpağında heyvan otararsa 50-100 heyvan saxlaya bilər. Əgər o torpaqda yonca əkərsə 10-50 dəfə çox heyvan saxlaya bilər. Mən 50-100 illik investisiyaların tərəfdarıyam. İnfrastruktur və kommunal xərclər var. Hər hektara azı 5-10 min ABŞ dolları xərc çəkilməlidir ki, ən yaxşı nəticə əldə edilsin. Bir investor yatırım edərkən 49 və yaxud 99 il investisiya qoyar ki, ona sahib çıxsın. Amma o, düşünür ki, 10 il bəsdir".
A.Goozal həmçinin amerikalıların təzyiqi ilə 3500 hektar sahədə fəaliyyətə başladıqlarını deyib:
"Bir nümunə göstərim. 3500 hektar ərazidə kənd təsərrüfatı fəaliyyətinə amerikalıların böyük dəstəyi və istəyi ilə başladıq. “Yer şorandır” dedilər. Amerikalılar isə “biz bu torpağı təmizləyərik” dedilər. Nəticədə orada 800 qoyun bəsləməyə başladıq. Hazırda həmin sahədən ildə 50 min ton məhsul əldə edirik, 4 min baş qoyun, 1500 baş iribuynuzlu heyvan var. Qoyunların sayını 10 minə çatdırmaq üçün də imkanımız və yerimiz var. Çünki çıxan artıqlar ilə qoyunları bəsləmək mümkündür".
A.Goozal dünyada meyvə istehsalı ilə bağlı vəziyyətdən də narahatlığını dilə gətirib və deyib ki, gələcəkdə təzə meyvə tapmaq çətin olacaq: “Sənayeləşmənin miqyasi artdığı və insanların 70%-i şəhərlərdə məşkunlaşdığı üçün təzə meyvə lüks sayılacaq. Bəlkə də gələcək nəsillərin onu dadmaq şansı o qədər də olmayacaq. Ancaq yeni turizm növü yarana bilər. Tarlaya get, orda təzə meyvə ye, torbanı doldur və evinə gəl. Çünki dükanda bir neçə dəfə baha satılır. İndi Türkiyədə kəndli narahatdır. Deyir ki, mən tarlada 50 qəpiyə satıram, amma dükanda onun qiyməti 5 manatdır".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
8 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
8 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
8 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
8 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
12 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
12 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
12 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi



























