"Kiçik və orta sahibkarlar üçün bəyannamə və hesabat formaları sadələşdiriləcək"
Vergilər naziri Fazil Məmmədov vergi sistemində beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmalardan gözləntilərini açıqlayıb. "
F.Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) saytında yerləşdirilmiş məqaləsində deyilir ki, vergi inzibatçılığının yeni strukturu, ilk növbədə, iri vergi ödəyiciləri üzrə işlərin daha keyfiyyətli təşkilinə, orta sahibkarlarla münasibətlərin əsasən partnyorluq müstəvisində qurulmasına, kiçik sahibkarlara münasibətdə isə daha sadə və səmərəli vergi inzibatçılığının formalaşdırılmasına xidmət edir.
"Fərqli dövriyyəyə malik və fərqli sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə fərdi yanaşma prinsipinin tətbiqi belə ödəyicilərə daha səmərəli xidmətlərin göstərilməsinə, onlarda vergi nəzarəti tədbirlərinin minimallaşdırılmasına, həmin ödəyicilərə münasibətdə vergilərlə bağlı bütün tədbirlərin vahid vergi orqanından, faktiki olaraq "bir pəncərə" prinsipi üzrə həyata keçirilməsinə imkan verir. Vergilər Nazirliyi iri və xüsusi rejimli müəssisələrlə iş prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasət yürüdəcək. Bu sahədə daha çox mövcud risklərin qiymətləndirilməsi, elektron auditin tətbiqi siyasətinə üstünlük veriləcək. Belə ödəyicilərdə vergidən yayınma riskləri fərdi və təfərrüatlı şəkildə aparılacaq, elmi əsaslı iqtisadi təhlillər əsasında proqnozlar müəyyən ediləcək, vergi nəzarəti tədbirləri, o cümlədən səyyar vergi yoxlamaları daha müfəssəl və əhatəli keçiriləcək. Orta gəlirlərə malik lokal müəssisələrlə və intizamlı vergi ödəyiciləri ilə iş prinsipi isə şəffaf partnyorluq münasibətləri əsasında qurulacaq. Belə ödəyicilərə münasibətdə vergidən yayınma halları fəaliyyət sahəsinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək, vergi nəzarəti üzrə optimal tədbirlər seçiləcək", - deyə nazir qeyd edib.
Nazir qeyd edib ki, kiçik sahibkarlara münasibətdə tamamilə yeni yanaşmalar tətbiq olunacaq: "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edildiyi kimi, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması məqsədilə aparılan vergi islahatlarında əsas diqqət kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) yönəldiləcək. Vergilər Nazirliyi tərəfindən vergi dərəcələrinin optimal səviyyəsinin müəyyənləşdirilməsi və KOS-un dinamik inkişafı məqsədilə biznes assosiasiyaları, ictimai təşkilatlar cəlb edilməklə məsləhətləşmələr aparılacaq, vergi siyasətində əsas diqqət əmək haqlarına, habelə KOS subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə yönəldiləcək. Kiçik sahibkarlara münasibətdə əks-əlaqə prinsipi tətbiq olunacaq. Məqsəd daha çox məlumatların ötürülməsi, uçotun dəqiqləşdirilməsi, xidmət çeşidlərinin artırılması, bu kateqoriya sahibkarlıq subyektlərinin vergi və inzibati yükünün azaldılması ilə könüllü əməletmə səviyyəsini yüksəltməkdir".
Vergilər Nazirliyi hesabatlılığın və bəyannamələrin təqdim olunması sistemində də dəyişikliklər edəcək: "Kiçik və orta sahibkarlıq subyektləri üçün bəyannamə və hesabat formaları sadələşdiriləcək. Müasir dövrdə vergi orqanları qarşısında duran başlıca vəzifələrdən biri aşağı risk qrupuna daxil olan vergi ödəyicilərinə hərtərəfli dəstəyin verilməsi, partnyorluq sazişləri əsasında vergi risklərinin minimallaşdırılmasıdır. İri və xüsusi rejimli müəssisələr üçün isə hesabatlılıqda analitik təhlillərin aparılmasına imkan verəcək təkmilləşdirmələr aparılacaq. Bu yanaşma ərazi vergi orqanlarında da tətbiq edilib. Yerli vergi orqanlarının strukturunda kiçik sahibkarlarla işləyəcək ayrıca idarələr və vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbələri yaradılıb. Sahibkarları narahat edən əsas məsələlər - vergi yoxlamaları, xüsusilə kameral yoxlamalar, operativ nəzarət tədbirləri sahələrində müşahidə olunan problemlər, o cümlədən vergi əməkdaşları tərəfindən edilən aramsız zənglər, bank hesablarına tez-tez sərəncamların qoyulması və s. kimi məsələlər aradan qaldırılıb. Mühüm məsələlərdən biri də budur ki, yeni inzibati yanaşmada vergi orqanlarının təhlil aparılmadan, onun zəruri əsaslandırılması olmadan yoxlama keçirməsinin mümkünsüzlüyü öz əksini tapıb. Vergi öhdəlikləri və vergi potensialı risk modulları üzərindən dəyərləndiriləcək. Artıq Vergilər Nazirliyində risklərin avtomatik emal edilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risklərin qiymətləndirilməsi sistemi yaradılıb. Yerli strukturlar, ümumiyyətlə, öz qərarları əsasında vergi nəzarəti tədbirləri keçirməyəcək. Aşağı risk qrupları üçün vergi ödəyicilərinin hesablarına sərəncam qoyulması, ölkədən çıxışlarına məhdudiyyətlərin müəyyən edilməsi məhdudlaşdırılacaq, KOS subyektlərində yoxlamalar təkmilləşdiriləcək. İlk növbədə, KOS subyektlərində yoxlamaların risk dərəcəsi əsasında aparılması prinsiplərinin tətbiqi genişləndiriləcək, yoxlamaların sayı optimallaşdırılacaq. KOS subyektlərində səyyar yoxlamaların sayı məhdudlaşdırılacaq və elektron yoxlama metodu tətbiq ediləcək. Operativ vergi nəzarəti prosesi təkmilləşdirilərək yeni qaydalara uyğun, daha sivil formada aparılacaq. İKT sahəsində yeni innovativ texnologiyaların tətbiqi sayəsində ƏDV-nin qaytarılması prosesi sürətləndiriləcək. 2011-ci ildən təsdiqlənmiş Avropa standartları əsasında fəaliyyət göstərən ("Austrian Standards plus" tərəfindən müvafiq sertifikat verilib) və cavablandırdığı sorğuları hüquqi qüvvəyə malik olan Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyəti daha da təkmilləşdiriləcək".
Nazir əlavə edib ki, bütün bu dəyişikliklər iqtisadiyyatın cari strukturlaşdırılmasına uyğun olaraq yaxın gələcək üçün əsas fiskal yükün iri ödəyicilər üzərində cəmlənməsinə, kiçik və orta sahibkarlığın vergi və inzibati yükünün azaldılması yolu ilə onların fəaliyyətinin daha da genişlənməsi hədəflərinə xidmət edir. "Vergi islahatlarının davamlılığı KOS subyektlərinin rəqabət qabiliyyətini daha da artıracaq, xüsusilə yeni yaranan müəssisələrin dayanıqlılığına müsbət təsir göstərəcək, ölkədə xarici şirkətlərin nümayəndəliklərinin açılmasını təşviq edəcək və iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar cəlb edilməsi üçün daha əlverişli şərait yaradacaq", - deyə o bildirib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















