Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın "ASAN Viza" sistemindən istifadə edəcək ölkələr açıqlanıb - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın "ASAN Viza" sistemindən istifadə edəcək ölkələr açıqlanıb - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ASAN Viza” sistemi vasitəsilə elektron viza veriləcək ölkələrin adları məlum olub.

 

81 ölkənin vətəndaşı “ASAN Viza” sistemindən istifadə edərək Azərbaycana səfər edə biləcək.

 

Vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını təqdim edirik:

 

Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya, Bruney, Cənubi Afrika Respublikası, Çexiya, Çili,  Çin Xalq Respublikası, Danimarka, Estoniya, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Kipr, Koreya, Kosta-Rika, Kuba, Küveyt, Qətər, Qvatemala, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq,  Macarıstan, Makedoniya, Malayziya, Malta, Meksika, Mərakeş, Monako, Monteneqro, Monqolustan, Nepal, Niderland, Norveç, Oman, Pakistan, Panama, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Şri-Lanka, Tailand, Türkiyə, Türkmənistan, Vatikan, Vyetnam, Yaponiya, Yeni Zelandiya və Yunanıstan.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir, “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb, prezidentinə təqdim etməlidir. “ASAN Viza” sistemi vasitəsilə elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi, elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi, elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi, elektron vizanın üç iş günü müddətində verilməsi, elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi təmin edilir.

 

Fərmanla müəyyən edilib ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

 

© APA

15.12.2016 13:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ