İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazları yerləşdiriləcək - HƏRRAC
8 may 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu | AZ2036008681 |
Emissiya həcmi | 20 000 000 AZN |
Nominal qiyməti | 1000 АZN |
Hərrac qiyməti | 1013.3333 AZN |
İstiqrazların tədavül müddəti | 23 il (8280 gün) |
Faiz dərəcəsi | 3 % |
Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir (180 gün) |
Anderrayter | PSG-Kapital İŞ QSC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
3 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
-
13 d. əvvəl
Hörmüz böhranı dərinləşir: ABŞ İrana zərbə endirdi, Tehran cavab hücumlarına hazırlaşır
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
13 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Ən çox oxunanlar
Putin və Pezeşkian danışıqlar aparıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı





























