"Hakimlər sahibkarlıqla bağlı biliklərini artırmalıdırlar"
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məhkəmə sistemi ilə bağlı bir sıra təkliflərlə çıxış edib.
Agentliyin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi adlı tədbirdə çıxışı zamanı təklifləri səsləndirib.
Onun sözlərinə görə, məhkəmə alternativ həlli üsullarının, arbitraj institutlarının gücləndirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsini vacib hesab edirik: "Sonrakı mərhələdə isə agentlik olaraq bunu sahibkarlar arasında təbliğinə dair tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Sahibkarlar məhkəməyə son həll üsulu kimi baxmalıdır. Hakimlərin sahibkarlıqla bağlı biliklərini artırmaq, müasir baxış tərzini formalaşdırmaq üçün hakimlərin ixtisasartırma kurslarına cəlb edilməsini məqsədəuyğun hesab edirik".
O.Məmmədov bildirib ki, məhkəmə qərarlarının məzmun keyfiyyətinin artırılması, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsi əhəmiyyətli hesab edirik. "Elektron kargüzarlığa keçidin təmin edilməsi hakimlərin kargüzarlıqla bağlı vəzifələrinin minimuma endirilməsi vacib əhəmiyyətə malikdir", - deyə KOBİA-nın sədri qeyd etdi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
2 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
2 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb























