İxrac edilən mallar siyahısında pomidor birincidir - İXRAC İCMALI
2019-cu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 15 faiz artıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının ixracı 9,98 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard ABŞ dolları və ya 15 faiz artıb.
Bu müddətdə qeyri-neft sektoru üzrə 979 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 127 milyon ABŞ dolları və ya 15 faiz artıb.
Bu ilin ilk yarısında Rusiyaya 355 milyon, Türkiyəyə 213,3 milyon, Gürcüstana 85,4 milyon, İsveçrəyə 73,5 milyon və İtaliyaya 30,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2019-cu ilin birinci yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 11 faiz, Türkiyəyə 18 faiz, Gürcüstana 15 faiz, İsveçrəyə 6 faiz və İtaliyaya 2,3 dəfə artıb.
Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (138,1 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (74,9 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 70,4 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2019-cu ilin birinci yarımilliyi ərzində meyvə-tərəvəz ixracı 318,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 103,3 milyon, pambıq lifi ixracı 75,7 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 46,7 milyon, kimya sənayesi məhsullarının ixracı 45,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30 milyon, pambıq ipliyi ixracı 14,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 15,5 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,2 dəfə, kimya sənayesi məhsullarının ixracı 49 faiz, pambıq ipliyinin ixracı 47 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 44 faiz, meyvə-tərəvəzin ixracı 15 faiz artıb.
2019-cu ilin iyun ayında isə qeyri-neft sektoru üzrə ixrac 192 milyon ABŞ dolları təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə 2019-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 13 milyon ABŞ dolları və ya 7 faiz artıb. Cari ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 milyon ABŞ dolları), Türkiyəyə (32,5 milyon ABŞ dolları), İsveçrəyə (14,7 milyon ABŞ dolları) Gürcüstana (8,4 milyon ABŞ dolları) və Ukraynaya (5,7 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
10 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
11 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib



















