Avro dollar qarşısında daha da ucuzlaşdı
Avro, Cümə günü Fed sədri Cerom Pauelin gözlənilən kritik çıxışından öncə dollar qarşısında dəyərdən düşür.
"Marja" xəbər verir ki, treyderler dollar qarşısında avronu satırlar.
Treyderlər və investorlar Fed-in Vayominq yığıncağında pul siyasəti ilə bağlı veriləcək məlumatları təqib edəcəklər. Fed sədri Pauellin Jackson Hole-da edəcəyi çıxışın "daha az göyərçin" olacağı gözlənilir. Bu səbəbdən dollar bahalaşır.
Bakı vaxtı ilə saat 14:00-a olan məlumata görə, Avro/dollar məzənnəsi 0.2 faiz düşərək 1.1059 ilə üç həftənin ən aşağı səviyyəsinə enib (Avro ucuzlaşıb, dollar bahalaşıb). Sterlinq/dollar məzənnəsi də Cümə axşamı günü yekun qiymətə görə təxminən dörd ayın ən güclü yüksəlişini reallaşdırmasından sonra 0.2 faiz azalma ilə 1.2222 səviyyəsinə geriləyib.
Bloomberg Dollar Spot İndeksi, dolların Yeni Zelandiya Dollarından başqa, bütün mühüm valyutalar qarşısında yüksəlməsilə 0.2 faiz artım qeyd edib.
Hər il ABŞ Mərkəzi Bankı (Fed) Cakson Hol (Jackson Hole) Vayominqdə simpozium təşkil edir. Bu simpozium mərkəzi bankların nüfuzlu tədbirlərindən biridir.
Pauellin çıxışı Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 29 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM






















