Bu gün Dollar və qlobal bazarlar üçün həlledici məlumatlar açıqlanacaq
Qlobal bazarlar bu gün ABŞ-da açıqlanacaq Avqust ayı kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı göstəricilərinə fokuslanıb.
"Marja" xəbər verir ki, ABŞ-da məşğulluğun artım tempi, ABŞ Mərkəzi Bankının (Fed) faiz qərarında həlledici faktorlardan biridir. 17-18 Sentyabrda Fed-in növbəti toplantısı keçiriləcək. İnvestorlar, pisləşən qlobal iqtisadi artıma və digər risklərə qabaqlayıcı tədbir olaraq Fed rəsmilərinin faizləri daha da aşağı salacağını gözləyirlər. Digər tərəfdən, bir sıra Fed rəsmiləri hesab edirlər ki, ABŞ-da məşğulluğun və istehlakçıların xərclərinin artdığı bir dövrdə təcili faiz endirilməsinə ehtiyac yoxdur. ABŞ Mərkəzi Bankının Boston şöbəsinin sədri Eric Rosengren bildirib ki, ticarət və ya geo-siyasi münaqişələrin artacağına dair aşağı istiqamətli risklər var, ancaq indiyə qədər, bu artan risklər hələ reallığa çevrilməyib. O, ABŞ iqtisadiyyatının risklərə baxmayaraq, güclü olduğunu və bu aykı iclasda faiz endiriminə ehtiyac olmadığını deyib.
"Əgər istehlakçılar xərcləməyə davam edərsə və qlobal şərtlər daha da pisləşməsə, iqtisadiyyat yəqin ki, 2 faiz ətrafında böyüməyə davam edəcək. Bu artım sürətində, maaşlarda və inflyasiyada mərhələli artım davam edəcək. Mənim fikirimə görə, təcili bir faiz endirilməsinə ehtiyac yoxdur",- Eric Rosengren bildirib.
Fed 31 İyulda faizləri 0,25 bənd endirmişdi. Fed sədri Cerom Pauel, faiz endirimi qərarını, artan qlobal risklərə görə iqtisadi artımda daha ciddi yavaşlama ehtimalına qarşı müdafiə olaraq qiymətləndirmişdi.
Avqust ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır. ABŞ-da Avqustda məşğulluğun 160 min artacağı gözlənilir. İyulda məşğulluq 164 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Avqustda 3,7% olduğu proqnozlaşdırılır. İyulda da işsizlik 3,7% təşkil etmişdi.
Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın illik müqayisədə 3,1%, aylıq müqayisədə 0,3% artdığı proqnozlaşdırılır. İyulda artım müvafiq olaraq 3,2% və 0,3% təşkil etmişdi.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Bu gün Bakı vaxtı ilə 20:30-da Fed sədri Cerom Pauelin də çıxışı gözlənilir. Fed sədrinin verəcəyi mesajlar bazarların və valyutaların istiqamətində həlledici ola bilər.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Vaxt | Valyuta | Açıqlanacaq məlumat | Proqnoz | Əvvəlki |
16:30 | USD | Orta saatlıq maaş (İllik artım) (avqust) | 3,1% | 3,2% |
16:30 | USD | Orta saatlıq maaş (Aylıq artım) (avqust) | 0,3% | 0,3% |
16:30 | USD | Kənd təsərrüfatı xaric məşğulluq (avqust) | 160K | 164K |
16:30 | USD | İşsizlik nisbəti (avqust) | 3,7% | 3,7% |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















