Azərbaycan mikromaliyyə sektorunun ən mötəbər tədbiri keçiriləcək - TARİX
Tədbirin “Platin” Partnyoru, PAŞA Bank, “Qızılı” Partnyoru Bank Respublikadır.
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans və 6-cı İnvestorlar Yarmarkası keçiriləcək.
AMFA–nın 6-cı İnvestorlar Yarmarkası Assosiasiyamız tərəfindən iki ildən bir keçirilən, Azərbaycanda mikromaliyyə sektorunda ən mötəbər tədbirlərdən biridir. Tədbirdə dövlət qurumlarının, xarici və yerli investorların, bank olmayan kredit təşkilatlarının, bankların, lizinq şirkətlərinin, mikromaliyyə təşkilatlarına xidmət göstərən şirkətlərin nümayəndələri bir araya gələcəklər.
Bu il tədbirimizin mövzusu:
➡ “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf”
Tədbirin keçirilmə tarixi: 4 Oktyabr 2019-cu il, Bakı, Azərbaycan
Ətraflı məlumat üçün tədbirin saytına daxil ola bilərsiniz: www.fair.amfa.az
İnvestorlar Yarmarkası iki plenar sessiyadan və B2B görüşlərdən ibarət olacaqdır:
- Rəqəmsal erada risklərin idarə olunmasi perspektivləri;
- Dayanıqli inkişaf üçün partnyorluq;
- B2B görüşlər mikromaliyyə təşkilatları, mikromaliyyə sektoruna maraq göstərən banklar və sosial və kommersiya məqsədli investorlar, texniki xidmət təminatçıları arasında işgüzar saziş və partnyorluq imkanlarını gücləndirmək üçün təşkil olunacaqdır.
➡Qeydiyyatdan keçməyə tələsin: www.fair.amfa.az
İnvestorlar Yarmarkasında Partnyor və ya Məruzəçi olmaq üçün, zəhmət olmazsa, [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayın.
Yarmarkada çıxışlar Azərbaycan və ingilis dillərində olacaqdır və hər iki dildə sinxron tərcümə təmin ediləcəkdir.
Sizi AMFA-nın 6-cı İnvestorlar Yarmarkasında görməkdən çox şad olarıq!
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
11 saat əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
11 saat əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
11 saat əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
14 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®






















