Qeyri-neft sektoru üzrə ixracdakı vəziyyət açıqlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində ölkəmizin ixracı 13,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon ABŞ dolları və ya 5 faiz artıb.
Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon ABŞ dolları və ya 17 faiz artıb.
Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4 milyon və İtaliyaya 33,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 12 faiz, İsveçrəyə 21 faiz, Gürcüstana 25 faiz və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz) və İtaliyaya (2,6 faiz) göndərilən malların payı üstünlük təşkil edib.
2019-cu ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,5 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (85,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2019-cu ilin 8 ayı ərzində meyvə-tərəvəz ixracı 361,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 136,8 milyon, pambıq lifi ixracı 86,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3 milyon, kimya sənayesi məhsullarının ixracı 68,5 milyon, elektrik enerjisinin ixracı 58,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 41,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9 milyon, pambıq ipliyi ixracı 20,2 milyon, şəkər ixracı 20,1 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2 dəfə, kimya sənayesi məhsullarının ixracı 68,7 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51,3 faiz, pambıq lifinin ixracı 49,4 faiz, pambıq ipliyinin ixracı 40,3 faiz, şəkər ixracı 15,5 faiz, meyvə-tərəvəzin ixracı 14,5 faiz artıb.
2019-cu ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 144,4 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 19 milyon ABŞ dolları və ya 15 faiz artıb. Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (31,2 milyon ABŞ dolları), Türkiyəyə (27,4 milyon ABŞ dolları), İsveçrəyə (23,2 milyon ABŞ dolları), Gürcüstana (10,3 milyon ABŞ dolları) və Çinə (6,4 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 22,7 milyon ABŞ dolları) birinci, emal olunmamış aşqarlanmamış alüminium (11,6 milyon ABŞ dolları) ikinci, metanol (9,6 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
11 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
12 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib




















