Azərbaycan şirkəti 22 ton fındıq ləpəsinə müştəri tapdı - MÜQAVİLƏ İMZALANIB
Almaniyanın Köln şəhərində təşkil edilmiş “Anuga 2019” beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 18 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan məhsulları sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.
Artıq Azərbaycanın fındıq istehsalı ilə məşğul olan “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb.
Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkətinin 20 ton qənnadı məmulatının ixracına dair ilkin razılıq əldə olunub.
“Anuga 2019” beynəlxalq ərzaq sərgisi oktyabrın 9-dək davam edəcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























