“İnvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
"İnvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Beynəlxalq valyuta birjalarında Amerika prezidentinin FED-i tənqid etməsindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşmaya səbəb olmuşdur. Belə ki, EUR/USD məzənnəsi də 1.10$-dan 1.1061$-a kimi bahalaşıb və sözügedən səviyyənin üzərində qalarsa, 1.11 və 1.12$-a kimi də bahalaşa bilər. Bura Almaniya iqtisadiyyatında inkişafa dair açıqlanan müsbət fundamental göstəricilər də təsir etmişdir.
Lakin bununla yanaşı, Avropada yenidən artan siyasi risklər də diqqət mərkəzində saxlanılmalıdır.
GBP
GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir və 1.2944$-ın üzərində qalarsa, 1.30$-a kimi də bahalaşa bilər.
Burada isə gələcək günlər ərzində İngilətərə polisinin növbədənkənar parlament seçkisi fonunda hakim partiyanın saxtakarlığına dair araşdırmalara başlaması diqqət mərkəzində olacaqdır.
TRY
Dünya valyuta birjalarında dolların ucuzlaşması, özünü USD/TRY məzənnəsində də göstərməkdədir. Təhlillərə əsasən, məzənnə 5.77TL-nin altında qalarsa, 5.72TL-yə kimi də ucuzlaşa bilər.
OIL
Enerji birjalarında isə Avropanın Brent markalı neftin bir barel qiyməti 64$-a kimi dəyər qazandıqdan sonra ucuzlaşmağa başlayıb və ucuzlaşma 61$-a kimi sürətlənə bilər.
Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında qızıla tələb yenidən artaraq, 1473$-a (47.4 $/qram) kimi bahalaşmışdır. Keçən həftənin maksimum və minimum səviyyələrində ticarət edilən bir unsiya üzrə qiymət 1446$-ın (46.5 $/qram) üzərində qaldıqca, bahalaşmanın yeni dalğasının şahidi ola bilərik.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 8 saat sonra
-
6 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















