Azərbaycan Qətərə nar ixrac etməyə hazırlaşır
“Gələn ildən başlayaraq Azərbaycan Qətərə nar ixrac edə bilər”.
Bunu açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
"Bir neçə ay bundan əvvəl Qətərə səfər etmişdi. Bu məsələ ilə bağlı danışıqlar apardıq, görüşlər keçirdik. Hesab edirəm ki, 2020-ci ildən Qətərə nar ixrac edə biləcəyik. İxracın həcmi sifarişdən asılı olacaq”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, hazırda azərbaycanlı sahibkarlar ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqı ölkələrinə də nar satmağa çalışır: "Artıq Polşaya 4 TIR, Fransaya isə 1 TIR nar göndərilib. Xüsusilə Fransaya ixrac çox böyük çətinliklə həyata keçirilib. Biz bu ölkənin bazarına məhsul çıxarmaq üçün neçə ildir ki, çalışırıq".
Assosiasiya sədri xarici bazarlara nar çıxarmaq istəyən fermerlərə çağırış da edib: "Fermerlər hər bir ölkənin sertifikatlaşma və qida təhlükəsizliyi tələblərinə tələblərə riayət etməlidirlər. Qablaşdırma da tələblərə uğun olmalıdır. Bəzən sahibkarlar yetişməmiş narı ixrac edərək problemlər yaradırlar. Bu, gələcəkdə yetişmiş narın ixracında da müəyyən problemlər yarada bilər. Məhsul yetişəndən sonar ixrac edilməlidir”.
Xatırladaq ki, quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir.
Xatırladaq ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat sonra
-
5 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















