Azərbaycan müəssisəsi ilk dəfə Polşaya quru tütün ixrac edir
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərtütün ASK” MMC Avropa İttifaqına üzv ölkələrdən olan Polşaya ilk dəfə quru tütün ixracına başlayıb. Dekabrın 5-də Cəmiyyətin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsindən Polşaya iritonnajlı yük avtomobili ilə ilkin olaraq 17 ton “Virciniya botaniki” növlü quru tütün yarpağı yola salınıb.
Məhsulun yola salınması prosesində iştirak edən “Azərtütün ASK” MMC-nin direktor müavini Mustafa Məmmədov bildirib ki, MMC 2019-cu il mövsümündə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 1800 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib. Tütün istehsalı və tədarükü üzrə 229 fermerlə (istehsalçı) müqavilələr bağlanılıb. Builki mövsümdə respublika üzrə 2200 tonadək “Virciniya botaniki” növlü quru tütün istehsal olunub. Hazırda məhsulun satışı istiqamətində iş aparılır.
MMC-nin rəsmisi qeyd edib ki, əvvəllər quru tütün əsasən Rusiya bazarlarına ixrac olunurdu. “Azərbaycan Sənaye Korporasiyası” ASC yarandıqdan sonra quru tütünün ixrac coğrafiyası da genişlənib. Ukrayna, Belarus, Gürcüstana da quru tütünün ixracına başlanılıb.
Direktor müavini deyib: “Sevindirici haldır ki, bu gün Azərbaycan tütünü ilk dəfə olaraq Avropa İttifaqına üzv olan ölkəyə yola salınır. Hələlik nümunə üçün Polşa şirkətinə 17 ton quru tütün yarpağı göndərilir. Yola salınan tütün 2019-cu ilin məhsuludur. Ümumiyyətlə, bu ölkə ilə 400 tonadək quru tütünün alınması ilə bağlı danışıqlar aparılır. Eyni zamanda, Belçika şirkəti ilə də “strips tütün” məhsulunun (orta damarı, zoğu ayrılan tütün yarpağı) alınması ilə bağlı müqavilə bağlanılıb. Şirkətin sifariş etdiyi 100 ton quru tütün hazırda anbarlarda saxlanılır və sifarişçi istədiyi vaxt göndəriləcək”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 gün sonra
- 9 d. əvvəl
- 35 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®
-
12 saat əvvəl
Pezeşkian: Ali Rəhbər ABŞ-la münaqişəni dialoq yolu ilə həll etmək üçün hökumətə səlahiyyət verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Avstraliya faiz dərəcəsini son 18 ilin ən yüksək səviyyəsinə qaldırdı – İnflyasiya ilə mübarizə sərtləşir
Rəsmi məzənnələr açıqlandı
Apple -ın ilik gəliri rekord qırıb - 479 milyard dollar
Ən çox oxunanlar
Apple rekord gəlir açıqladı, lakin səhmləri ucuzlaşdı – Şirkətin mənfəət marjası ilə bağlı proqnozu investorları məyus etdi
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®
Pezeşkian: Ali Rəhbər ABŞ-la münaqişəni dialoq yolu ilə həll etmək üçün hökumətə səlahiyyət verib
Ağdamdan Kanadaya çəkmə ixracı — 3500 cütdən çox sifariş alınıb
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
ABB investorlar üçün illik 8,5% və 9%-lik istiqrazlar təqdim edir
Tramp: “Demokratlar qalib gəlsə, hər şeyi veto edəcəyəm”
Mərkəzi Bankda yeni təyinat olub




















