Azərbaycanın tranzit gəlirlərini artıracaq razılaşma
İranın Mazandaran vilayətinin Ticarət və Sənaye Palatası ilə Rusiyanın Samara vilayətinin administrasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İran ilə Rusiya vilayətləri ticarət, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı sahəsində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti istismara verildikdən sonra İranla Rusiya arasında ticarət əlaqələri daha da intensiv xarakter alıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın dəmir yolu sistemi hələ Sovetlər dönəmindən Rusiya ilə birləşmişdi. Astara-Astara dəmir yolu isə Azərbaycan vasitəsilə İranın dəmir yolları sistemini Rusiya ilə birləşdirib.
İmzalanmış müqaviləyə əsasən, İranın Mazandaran vilayətindən Samaraya kənd təsərrüfatı məhsulları, o cümlədən tropik meyvələr, tikinti materialları ixrac ediləcək. Samaradan İrana isə ağac, kənd təsərrüfatı texnikası və başqa mallar ixrac olunacaq. Bütün idxal-ixrac əməliyyatları Azərbaycan üzərindən həyata keçiriləcək ki, bu da ölkəmizin tranzit gəlirlərinin artmasına səbəb olacaq.
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Bu layihə başa çatdıqdan sonra İrandan Rusiyaya və əks istiqamətə yükdaşımanın həcmi də artacaq.
© "Azərtac"
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 12-də gözlənilən hava şəraiti
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Oktyabrın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı





















