Prezidentdən dövlət qurumlarına tapşırıq - "Buna on milyonlarla pul gedir"
"Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərəm ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir".
"Marja" xəbər verir ki, bunu Dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlətimizin başçısı, "Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib", əlavə edərək sözlərinə belə davam edib:
"Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda mahlıc ixrac edirik. Ancaq əsas vəzifə nəinki pambıq ipliyi, - bu, birinci hədəfdir, - əsas məsələ son məhsul ixrac etməkdir. Bunun üçün də bizim aidiyyəti qurumlar, hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi pambıqçılığın sənaye sahəsinə təkan verə biləcək müəssisələri yaratmaq üçün gərək fəal işləsinlər, investorları cəlb etsinlər və güzəştli kreditlər versinlər".
Prezident müşavirədə bildirib ki, pambıq yığımı demək olar ki, başa çatıbdır: "Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib".
İlham Əliyev qeyd edib ki,pambıq emalı zavodlarının fəaliyyəti bir daha nəzərdən keçirilməlidir:
“Çünki bu zavodların böyük hissəsi sovet vaxtında tikilib. Orada həm səmərəlilik aşağıdır, həm də keyfiyyət o qədər də lazımi səviyyədə deyil. Ona görə zavodların istehsal gücü dəqiqliklə hesablanmalıdır. Çünki indi bəyan edilən istehsal gücləri reallığı əks etdirmir. Pambıqtəmizləmə zavodlarının istehsal gücü pambığın artan həcmi ilə uzlaşmalıdır. Çünki əminəm ki, biz məhsuldarlığı, artıracağıq və indi rəqəm demək istəmirəm, amma hər halda gələn il 30 sentnerdən çox pambıq tədarükü gözlənilir. Belə olan halda 300 min tondan çox pambıq yığılacaq və bizim pambıqtəmizləmə zavodları bu həcmi götürə biləcək, yoxsa yox? Bu, birincisi. İkincisi, zavodlarda modernləşdirmə aparılmalıdır. Əgər lazım olarsa, dövlət maliyyə dəstəyi də göstərə bilər. Bu il Ucarda yeni pambıqtəmizləmə zavodu istifadəyə verilib. Mənə verilən məlumata görə, yüksək standartlara cavab verir. Özü də bu, özəl sektor tərəfindən inşa edilibdir. Bu, çox müsbət haldır. Hesab edirəm ki, özəl qurumlar bu sahəyə diqqət yetirməlidirlər. Bütövlükdə araşdırılmalıdır ki, prinsipcə, bizə yeni pambıqtəmizləmə zavodlarının tikintisi lazımdır, yoxsa yox? Əgər lazımdırsa, hansı həcmdə ki, dövlət tərəfindən veriləcək dəstək də bəri başdan hesablansın. Yeni iplik fabrikləri yaradılmalıdır. Çünki hələ ki, yığılan pambığın 40 faizi emal olunur. Bu, pis göstərici deyil. Ancaq çalışmalıyıq ki, mahlıc 100 faiz emal olunsun. Çünki bu, əlavə dəyər zənciri, iş yerləri yaradır. Sənaye istehsalı da artacaq. Ona görə yenə də özəl sektora müraciət edirəm ki, bu məsələyə diqqət yetirsin. Kifayət qədər pambığımız var. Ona görə iplik fabriklərinin tikintisi çox gəlirli sahəyə çevriləcək. Lazım olarsa, dövlət öz tərəfindən güzəştli kreditlərlə bu layihələri dəstəkləyə bilər. Ancaq iplik fabriklərinin tikintisi də bizim son hədəfimiz deyil. Son hədəf hazır məhsul istehsal etməkdir. Bu məqsədlə yeni toxuculuq, trikotaj fabrikləri tikilməlidir, yem, yağ fabrikləri yaradılmalıdır. Bütün bunlar bizim iqtisadiyyatımızı gücləndirəcək və əlavə minlərlə iş yeri yaradacaqdır.
Biz daxili tələbatı daxili resurslar hesabına təmin etməliyik. Biz indi pambığı tədarük edirik, onun böyük hissəsi - 60 faizi mahlıc, 40 faizi iplik kimi ixrac olunur. Sonra bu iplikdən istehsal edilən hazır məhsullar bizə idxal olunur və buna milyonlarla, on milyonlarla pul gedir. Ona görə bu sahədə daxili istehsal inkişaf etməlidir və zəncir tipli bir tədarük-istehsal kompleksi yaradılmalıdır. Dövlət-özəl tərəfdaşlığı burada əsas rol oynayacaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
8 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul


















.jpg)





.jpg)
