"Nəzarət qurumu obyektin tam dəyərində, yoxsa qismən sığortalandığını aydınlaşdırmır"
Kommersiya obyektlərinin sığortalanması ilə bağlı mövcud vəziyyət barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev də danışdıb.
Son vaxtlar baş verən hadisələr zamanı sahibkarların ciddi maddi ziyana uğradıqlarından sonra sahibkar mühitində daşınmaz əmlakı sığortalamaq istəyənlərin çoxaldığını bildirən qurum rəhbəri qeyd edib:
“Məncə, ölkədəki iri və orta sahibkarlıq subyektləri əmlaklarının 90 faizi üçün sığorta alıblar. Məsələ bu deyil, məsələ sığortanın məbləğindədir. Həmin obyektlərin yarıdan çoxu heç də tam dəyərində sığortalanmayıb, bu, heç kimə sirr deyil. Bəs belə vəziyyət niyə yaranıb? Çünki obyekt sahibləri, adətən, həmin obyektin icbari sığortasını bir növ vergi kimi qəbul edir və mümkün qədər az sığorta haqqı ödəməyə çalışır. Yəni bunu riskləri idarəetmə vasitəsi olaraq qəbul etmirlər. Digər tərəfdən, nəzarət qurumu yalnız obyektin sığortalanmasına cavabdeh olduğu üçün çox dərinə getmir, əmlakın tam dəyərində, yoxsa qismən sığortalandığını aydınlaşdırmır. Sığorta hadisəsi baş verəndə də əmlak sahibi çəkdiyi zərərin cüzi hissəsini geri ala bilir”.
Ayrı-ayrı ticarət müəssisələrində baş verən hadisələrin də söylədiyi fikirlərə qüvvət verdiyini qeyd edən Assosiasiya sədri qeyd edib: “Ona görə də əhaliyə əmlak və obyektləri tam dəyərində sığortalamağın vacibliyi, bu məsələdə xəsisliyin yersiz olduğu mütəmadi izah edilməlidir. Sahibkarları əmlaklarını sığortalamağa inandırmaq üçün sığortanın maddi ziyanın bir hissəsini sığorta şirkəti üzərinə qoymaqla biznesini zərərdən qorumaq vasitəsi olduğu başa salınmalıdır. Təəssüf ki, kommersiya obyektlərini sığortalamağa marağın artması baxımdan tarifləri azaltmaq səmərəli yol deyil. Belə ki, bizdə bu sığorta növünün qiyməti sığorta müqaviləsində təsbit edilən risklərlə müqayisə edilməz dərəcədə azdır”.
Qeyri-yaşayış əmlakı üzrə icbari sığorta müqavilələrinin olub-olmamasına nəzarətin bu gün yaşayış binalarına dair bu cür sənədlərlə müqayisədə daha səmərəli qurulduğunu qeyd edən Azər Əliyev birincilərə Fövqəladə Hallar Nazirliyinin nəzarət etdiyi, müvafiq şəkildə cərimələr tətbiq etdiyini xatırladıb. Bu cərimələr vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manatdır.
Sığortanın incəlikləri
“İcbari sığorta haqqında” qanuna əsasən, ölkədə istər əmlakın icbari sığortası olsun, istər əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası olsun – məcburidir. Buna baxmayaraq, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovun da qeyd etdiyi kimi insanlar öz risklərinə biganə yanaşırlar:
"Biz buna “Diqlas” ticarət mərkəzindəki yanğın hadisə zamanı şahid olduq. Hadisədə meydana gələn itkinin önəmli bir hissəsi sahibkarlara məxsus olan mallarla əlaqədar idi. Bildiyimiz kimi malların sığortalanması icbari sığorta ilə əlaqədar olan qanunvericilikdə nəzərdə tutulmamışdır, burada mallar könüllü əmlak sığortası ilə təminat altına alınmalı idi. Təminat olmadığı üçün cənab Prezidentin qərarı ilə zərər büdcə vəsaitləri hesabına ödənilmiş oldu".
Sığortalama mexanizmini əhaliyə lazımınca izah etməyin vacibliyini dilə gətirən ekspert bildirib: “Sığorta şirkətləri və vasitəçiləri tərəfindən xüsusilə könüllü növlərin potensial müştərilərə qarşılıqlı izah edilməsi lazımdır. Ehtiyacın doğru təsbit edilməsi və lazım olan məhsulun satışını həyata keçirmək lazımdır. Hansı müştərinin, hansı növ sığortaya ehtiyacının olduğunu sığorta agenti təsbit etməlidir və qarşı tərəfi buna inandırmalıdır. İçində 20-30 min manat dəyərində ərzaq malları olan bir mağazanın sahibkarı illik 100-150 manat sığorta haqqı ödəməklə özünü iqtisadi fəlakətdən qoruya bilər. İnanıram ki, sığorta vasitəçilərinin bunu fərdi qaydada sahibkarlara izah etmələri lazımdır.
Sığorta şirkətlərinin “mətbəx” hissəsi insanlara izah edilməlidir. Yəni insanlar 100 milyon manatlıq ticarət obyektinin 10 milyon manat kapitalı olan sığorta şirkəti tərəfindən sığortalamasını heyrətlə qarşılamamalıdırlar. Bunun cavabını sığorta şirkəti verməlidir ki, insanlar 100 milyon manatlıq əmlakını 10milyon manatlıq şirkətə əmanət edə bilsinlər. Bu sualın cavabı peşəkarca izah edilməlidir. İnsanların beyinlərində gələcəklə əlaqədar qaranlıq məqamlar olmamalıdır ki, rahat bir şəkildə gələcəklərini sarsıda biləcək risklərini sığorta şirkətlərinə əmanət edə bilsinlər.
Fərdi şəxslər də əmlaklarını sığortalamağa maraq göstərmir. Belə ki, sığortalı olmalı 10 nəfərdən yalnız 1-nin sığortası var".
Əhali isə, öz növbəsində, sığorta müqaviləsini imzalayarkən şərtlərlə diqqətlə tanış olmağı tövsiyə olunur. Nəyin nədən sığortalandığını, sığorta hadisəsi baş verdikdə nə etmək lazım gəldiyini dəqiq bilmək vacibdir. Məsələn, yalnız yanğından sığortalanan obyekt üçün ildırım nəticəsində ziyana uğrayıbsa, təzminat alına bilməz. Həmçinin sığorta hadisəsi barədə sığorta şirkətinə vaxtında bildirilməli və FHN əməkdaşları dəvət olunmalıdır, əks halda, yenə də təzminat verilməyəcək.
© "Report"
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
11 d. əvvəl
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Satınalma tamamlandı, rəhbərlik dəyişdi — iki bankda yeni təyinatlar
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
-
2 saat əvvəl
Rubio: Tramp İranla müharibəni sülh yolu ilə bitirmək istəyir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Avropada aviabiletlər 20%-dək bahalaşa bilər – xəbərdarlıq
Azərbaycanda neft və qaz hasilatı azalıb
“Rabitəbank”ın Müşahidə Şurasına sədr müavini təyin edilib
Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
Rubio: Tramp İranla müharibəni sülh yolu ilə bitirmək istəyir
Chery rəhbərindən xəbərdarlıq: “Çinin avtomobil istehsalçılarının təxminən 90 faizi zərərlə işləyir”
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
Neft bazarı üçün mühüm qərar
Rəsmi məzənnələr açıqlandı
























