Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Beton müasir tikinti üçün əsas vasitədir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Beton müasir tikinti üçün əsas vasitədir”

 

Malik Mirzəyev: “Qarabağda yol tikintisində betonun daha geniş tətbiq edilməsi məqsədəuyğun və xeyli səmərəlidir”

Hər il bütövlükdə Avropa İttifaqında (Aİ) beton sənayesi təxminən 550 000 nəfəri işə götürür və adambaşına təxminən 65 000 avro əlavə dəyər yaradır. Buna görə də tikinti sektoru, o cümlədən beton sənayesi, Avropada bərpa və yeni infrastrukturun inşasını, iqtisadi inkişafı stimullaşdırmaq üçün əsas amildir.

Beton çox çevik, davamlı, sərfəli və enerjiyə qənaət edən materialdır və müxtəlif ehtiyacları effektiv şəkildə həll edə bilir. O, enerjiyə qənaət edən yaşayış binalarından tutmuş su infrastrukturuna, yolların və innovativ yerüstü və yeraltı nəqliyyat həllərinin inşasının əsasında dayana bilər. Azərbaycanın mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi ölkədə yolların yükdaşıma qabiliyyətinin və uzunömürlüyünün artırılmasına mühüm ehtiyac yaradır. Dünya təcrübəsində ən uzunömürlü yollar beton yollar hesab edilir. Azərbaycanda beton yolların çəkilməsinin hansı üstün və faydasız perspektivlərə malik olmasına Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun Beton, dəmir-beton texnologiyası və qatqılar laboratoriyasının müdiri, texniki elmlər namizədi Malik Mirzəyevlə müsahibəmizdə aydınlıq gətirməyə çalışmışıq.

-Ümumi yanaşmada yolların salınmasında betondan istifadənin üstünlükləri nədir?

-Betonun davamlılığı, daha az istismar xərcləri və müxtəlif təsirlərə dayanıqlığı onun yollar və səkilər üçün lazımi tələblərə demək olar ki, tam cavab verən material olduğunu göstərir. Bununla yanaşı təbii ki, hər hansı bir tikinti materialı kimi betonun da, həm üstünlükləri, həm də mənfi cəhətləri mövcuddur. Bu istiqamətdə mövcud olan dünya təcrübəsini ABŞ, Kanada, Almaniya, Hindistan və s. müxtəlif iqlim şəraitində istismar edilən yolları örnək kimi göstərə bilərik. Beton yollar dayanıqlı və uzunömürlü olur.

Beton, digər yol tikinti materialları ilə müqayisədə daha uzun xidmət müddətini təmin edir, ağır nəqliyyat yüklərinə və əlverişsiz hava şəraitinə yaxşı tab gətirir.

Beton yollar tikildikdən sonra nisbətən az təmir tələb olunur. Onların aşınmaya və sıradan çıxmaya qarşı müqaviməti təmir tezliyini azaldır və uzunmüddətli perspektivdə  yol tikintisində müxtəlif formada tətbiqi betonu sərfəli seçimə çevirir.  

Beton yollar demək olar maksimum hamar səthə malik olur və rahat, təhlükəsiz sürücülük təcrübəsinə töhfə verir. Bu keyfiyyət yüklərə dözümlü və ya nəqliyyatın sıx olduğu ərazilər üçün xüsusilə faydalıdır.

Beton yolların əhəmiyyətli üstünlüklərindən biri də onların yüksək yükdaşıma qabiliyyətidir. Bu, onları sənaye zonaları və magistral yollar da daxil olmaqla, ağır nəqliyyat vasitələrinin hərəkəti olan ərazilər üçün uyğun seçim edir.

Dünya praktikasında  beton yolların üzərindən asfalt üzlüyün çəkilməsinin daha geniş tətbiq olunması, bu sahədə mövcud olan bir çox problemlərin həllində bir sıra üstünlüklər yaradır.

-Hazırda dünyada daha çox “yaşıl texnologiyalar” aktualdır. Yəni hətta yol tikintisində belə ekoloji təmiz məhsullardan istifadə edilməsi tövsiyə edilir. Betonu ekoloji cəhətdən təmiz material adlandırmaq olar?

-Beton asfaltdan fərqli olaraq su, həddindən artıq temperatur və ultrabənövşəyi radiasiya kimi ətraf mühit amillərinə davamlıdır. Bu müqavimət zamanla yolun struktur bütövlüyünü qorumağa kömək edir. Beton davamlı və ekoloji cəhətdən təmiz materialdır. Onun istehsalı alternativ yol tikinti materialları ilə müqayisədə daha az istixana qazı emissiyasına malikdir. Beton yollar rahat, təhlükəsiz və sakit gediş təklif etməklə yanaşı, avtomobillərin CO₂ emissiyalarının azaldılmasına da töhfə verir. Bütün bunlarla yanaşı, beton yollar tunellərdə artan yanğın təhlükəsizliyini təmin edir. Betonun hazırlanmasına daxil olan komponentlər – doldurucular, sement və su yerli mənbələrdən alınır. Betonun istehsal dəyəri də yerli olaraq qalır. Hazır betonun əksəriyyəti istehsal yerindən yalnız 20-30 km məsafədə daşınır. Bu faktor betonun dayanıqlı və az ekoloji zərərə malik olan material kimi yol tikintisində işlədilməsinin effektiv olmasından xəbər verir.

-Hazırda ölkəmizdə xüsusi üstün texnologiyalarla istehsal edilən keyfiyyətli beton növləri var. Azərbaycanda istehsal edilən betonun həcmi ən əsası keyfiyyəti yol tikintisinin tələbinə cavab verir?

-Artıq bir neçə ildir ki, ölkəmizdə sement istehsalı 3 mln tonu ötüb. Azərbaycanda tükənməz dağ suxurları ehtiyatları mövcuddur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-сü ilin yanvar ayında 338,3 min ton beton istehsal edilib. Bu göstəricilər ölkədə beton istehsalı ilə bağlı hər hansı çətinliyin olmamasının nümunəsidir. Adətən, beton istehsalında geniş yayılmış və sınaq testlərindən uğurlu nəticə ilə çıxan sementlərdən istifadə edilir. Hazırda ölkədə demək olar tam müasir texnologiyalarla B25-B60 sinfi və özəl olaraq daha yüksək markalı betonlar istehsal edilir.

İstehsal olunan betonların keyfiyyət göstəriciləri müxtəlif yerlərdə, o cümlədən laboratoriyalarda mütəmadi olaraq yoxlanılır. Betonun möhkəmliyi dayanıqlıq xüsusiyyətləri laboratoriya şəraitində sınaqdan keçirilir.

-Beton yolların istismarı zamanı hansı üstün və ya problemli tərəflər ortaya çıxır? Beton yolların təmiri düşünüldüyü kimi çox vaxt aparır? 

-Beton müasir tikinti üçün əsas vasitədir. O, innovasiyalar üçün sonsuz potensiala və materialın performansını artırmaq üçün yeni üsullara malikdir. Bu da kiçik sərmayələrlə daha çox gəlir gətirir və gündəlik həyatımızda böyük fərq yaradır. Onun davamlılığı təmirin də azalması deməkdir. Beton yolların tikintisi üçün çox vaxt sərf edilir.  Betonun möhkəmliyini artırmaq üçün həyata keçirilən təmir diqqətli idarəetmə tələb edir və bu, yolun daha uzun müddət istismar edilməsinə səbəb olur. Təəssüf hissi ilə qeyd etməliyəm ki, ölkəmizdə  səkilər və səki mədəniyyəti demək olar ki, məhv edilib. Amma dünyanın demək olar ki,hər yerində səkilərin tikintisində betondan uğurla istifadə edilir. Tikinti aparılması  və təmir üzrə geniş çeşiddə texinika mövcuddur.

Texnologiyanın davamlı inkişafı yol tikintisindəki yeniliklər betonla ilə bağlı bəzi çatışmazlıqları aradan qaldırmaq üçün texniki həlləri təklif edə bilər. Nəhayət, bu amillərin hərtərəfli başa düşülməsinə əsaslanan yaxşı məlumatlı qərar istənilən infrastruktur layihəsində beton yolların uğurla həyata keçirilməsinin açarıdır. Beton istənilən formada yerində tökülə bildiyi üçün bu, mühəndislərə mürəkkəb, dinamik və cəlbedici layihələri həyata  keçirməyə imkan verir.

- Hazırda işğaldan azad olunmuş ərazilərdə irihəcmli tikinti-bərpa işləri həyata keçirilir.T əbii ki, geniş yollar salınır. Qarabağda salınan yollarda betondan istifadə nə dərəcədə səmərəli ola bilər?

-Qarabağda beton yolların tikilməsi daha səmərəli olar. Beton, dayanıqlı materialdır, yol və ya digər infrastruktur layihələrində istifadə edilməsi müxtəlif yol strukturu qurğularının uzunömürlüyünü təmin edilmiş olardı. Nəzərə alsaq ki, həmin yollarda ağır texnikanın mütəmadi hərəkət etmə perspektivi mövcuddur, təbii ki, o ərazilərdə yükötürmə gücü asfalt yollara nisbətən yüksək olan beton yolların salınması vacib ehtiyaca çevrilir. Bu yolların bölgədəki nəqliyyatın hərəkətini sürətləndirərək, yükdaşıyıcılıq qabiliyyətini artırması və s. üstünlükləri infrastrukturun inkiafında mühüm rol oynaya bilər. Qarabağda kənd və qəsəbələrin yollarının betondan olması daha məqsədəuyğundur. Belə ki,  kəndarası yolları betondan inşa etmək həmin yolların ömrünün uzun olmasını təmin edəcək.

Nəhayət ki, Azərbaycanda da Baltikyanı ölkələrdə olduğu kimi, kənd mərkəzlərinə gedən yolların hamar və baxımlı olmasını beton yolların tətbiqini ilə reallaşdıra bilərik. Bütün digər məsələlər nəzərə alındıqda, kənd yollarının betonla salınması Qarabağda inkişaf etmiş infrastrukturun yaradılması və ətraf mühitin qorunması üçün məsuliyyətli həll ola bilər.

- Müsahibəyə görə, təşəkkür edirik. 

 

beton Malik Mirzəyev beton yollar
21.05.2024 15:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ