SOCAR və BP qaz ehtiyatlarının kəşfi üçün quyu qazmağa başladılar
SOCAR və BP şirkətləri elan edir ki, 13 yanvar tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanmışdır.
BP Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) operatordur və 50% iştirak payına malikdir və digər 50%-lik iştirak payı isə SOCAR-a məxsusdur.
SAX01 quyusu bu müqavilə sahəsində qazılacaq ilk quyudur və 2011-ci ildə Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilmiş HPBS çərçivəsində BP-nin öhdəliklərinə uyğundur.
Bu quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı planlaşdırılır və qazma işlərinin isə təxminən doqquz ay davam edəcəyi gözlənilir. Bundan sonra quyunun göstəriciləri analiz ediləcək və analizin göstəriciləri uğurlu olduğu təqdirdə nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bir müddət əvvəl biz tərəfdaş BP şirkəti ilə birlikdə “Şəfəq-Asiman” strukturunda seysmik kəşfiyyat işlərini uğurla başa çatdırdıq. İndi növbəti mərhələyə qədəm qoyaraq, kəşfiyyat quyusunun qazılmasına başlayırıq. Kəşfiyyat qazması strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq. Qürurla deyə bilərik ki, bu gün “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Şəfəq-Asiman” kimi mürəkkəb layihələr çərçivəsində qazma işlərindən tutmuş dərin özüllərin inşasına kimi bütün əsas xidmətlər məhz Azərbaycan şirkətləri, SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir. Bu da müstəqillik dövründə Azərbaycan neftçilərinin qazandığı ən mühüm nailiyyətlərdən biridir.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz demişdir: “Biz Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu dəniz blokunun iri miqyaslı qaz ehtiyatlarının kəşfi üçün xeyli potensialı var. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün böyük hazırlıq işləri aparılıb.”
SAX01 quyusu “Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Təzyiqi tam idarə etməklə qazma imkanları olan bu qurğu 2019-cu ilin noyabr ayında SAX01 quyusu üçün müqavilə əsasında götürülüb və sonra qazma əməliyyatlarının başlanmasına hazırlıq aparmaq üçün quyu sahəsinə göndərilib.
- Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS 2010-cu ilin oktyabr ayında Bakıda BP və SOCAR arasında imzalanıb.
- Bu dəniz bloku Bakıdan cənub-şərq istiqamətində təxminən 125 kilometr məsafədə yerləşir. O, təxminən 1100 kvadrat kilometr sahəni əhatə edir və 650-800 metr dərinliyə malik sularda yerləşir.
- Bu dəniz bloku Şahdəniz yatağından 60km və Səngəçal terminaldan isə 145 km məsafədə yerləşir.
- 2012-ci ildə bu müqavilə sahəsində 3-ölçülü seysmik tədqiqat proqramı həyata keçirilib.
- Seysmik məlumatların interpretasiyası 2015-ci ildə tamamlanıb və onun ardınca isə ilk quyunun yeri seçilib və qazma fəaliyyətləri planlaşdırılıb
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır


























