“Azərxalça" toxunmuş xalçaların satışa çıxarılmasının gecikməsinə aydınlıq gətirdi
"Hazır Xalçaların Emalı Mərkəzi fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək"
"2016-cı ildə yaradılan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin respublika ərazisində 21 filialı fəaliyyət göstərir. Filiallar yaradılarkən, ilk növbədə, daha çox tarixi ənənələrə malik xalçaçılıq məntəqələrinə, peşəkar toxucusu çox olan rayonlara üstünlük verilib".
Bunu "Marja"ya açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov deyib.
O bildirib ki, 2019-cu il ərzində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında 2 min 555 ədəd, 8 min 836 kvadratmetr xalça toxunub. Cəmiyyətin filialları arasında ən məhsuldarı Lənkəran şəhərindəki xalça istehsalı emalatxanasıdır. Belə ki, 2019-cu ildə Lənkəran filialında 900 kvadratmetr xalça istehsal olunub.
“Azərxalça”nın fəaliyyəti dövründə, ümumilikdə, 4 min 292 ədəd, 14 min 770 kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559 kvadratmetri satışa hazırlanıb ki, onun da 1919 kvadratmetri, təqribən, 50 faizi satılıb.
“Azərxalça”nın istehsalı olan məhsulların satışının intensivləşməsi Hazır Xalçaların Emalı Mərkəzinin yaradılmasından asılıdır. Hazır xalçanın emalı ilə bağlı insanlarda o qədər də təsəvvür yoxdur. Ancaq dünya bazarı bunu tələb edir. Xalça hanadan kəsildikdən sonra o, emal olunmalıdır. Yəni xalça yuyulmalı, dartılmalı, ütülənməli, beləliklə, satışa hazır vəziyyətə gətirilməlidir. Xalçanın təbii boyalarla boyanmış iplərdən toxunduğu, keyfiyyəti emaldan sonra üzə çıxır. Ona görə də dünya bazarında emaldan keçməmiş xalçanı almırlar. Xalça ticarəti ilə məşğul olan şirkətlərin əsas tələbi xalçanın emal edilməsidir. Bu mərkəz fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək, bizim məhsullarımızın hamısı daxili və xarici bazarda satılacaqdır. Artıq Emal Mərkəzinin layihə-smeta sənədləri hazırlanıb. Yaxın gələcəkdə mərkəzin tikilməsi nəzərdə tutulub.
“Azərbaycan xalçası çox keyfiyyətlidir. Ona görə də bizim xalçaların satışı ilə bağlı heç bir problem yoxdur. Dünyada elə bir ölkə yoxdur ki, keyfiyyətli xalça istehsalında Azərbaycanla rəqabətə girə bilsin”,- deyən Tural Səfərov bildirib ki, sadəcə olaraq, istehsal etdiyimiz məhsulları dünya bazarının tələbləri səviyyəsinə gətirmək lazımdır. Məhdud imkanlarla satışa hazırlanan xalçaların təqribən 50 faizi satılıb. Satışa hazırlanan digər məhsulların da satışı qısa zaman ərzində həyata keçiriləcəkdir.
Qeyd olunub ki, xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi məhsulları beynəlxalq xalça bazarına çıxarmaq üçün mühüm tədbirlər həyata keçirir. “Azərxalça”nın müxtəlif ölkələrdə keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak etməsi, Azərbaycan xalçalarının təbliğatı məqsədilə dünyanın nüfuzlu “Halı” və “Carpet XL” jurnalları ilə əməkdaşlığı öz bəhrələrini verir. Artıq ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri Azərbaycan xalçalarına ciddi maraq göstərirlər. Təkcə ötən il Yaponiyanın “Chiyoda Jyutan” və “Sathi Group” şirkətləri ilə danışıqlar aparılıb, Yaponiyaya xalça ixracı ilə bağlı razılığa gəlinib. Bundan başqa, “Azərxalça” ilə ABŞ-Azərbaycan Ticarət Palatası arasında Niyyət Protokolu imzalanıb.
Səhmdar Cəmiyyət ixrac potensialının artırılması istiqamətində görülən işləri uğurla davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
15 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
21 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 24 d. əvvəl
-
1 saat əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Ən çox oxunanlar
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı























