Azərbaycanın iri bankı 300 milyon manatdan çox xalis qazanc açıqladı
“Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu ili 302 milyon 316 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Beynəlxalq Bankın xalis mənfəəti 123 milyon 524 min manat və ya 29% azalıb. Belə ki, Bank 2018-ci ili 425 milyon 841 min manat xalis mənfəət ilə başa vurmuşdu. Mənfəətin azalması, Beynəlxalq Bankın gəlirlərinin azalmasından deyil, əvvəlki illər yaradılmış ehtiyatdan azadolmanın azalması və ötən il mənfəət vergisinin ödənilməsi ilə bağlıdır.
FAİZ VƏ QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəlirləri 26 milyon 840 min manat və ya 6,5% artaraq 441 milyon 940 min manat, qeyri-faiz gəlirləri isə 27 milyon 352 min manat və ya 23,6% artaraq 143 milyon 411 min manat təşkil edib.
2018-ci illə müqayisədə 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz xərcləri 20 milyon 224 min manat və ya 17% azalaraq 98 milyon 161 min manat, qeyri-faiz xərcləri isə 48 milyon 442 min manat və ya 41,3% artaraq 165 milyon 669 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Faiz və qeyri-faiz gəlirlərinin cəmi 54 milyon 192 min manat artması ilə paralel faiz və qeyri-faiz xərcləri 28 milyon 218 min manat artıb. Gəlirlərin artması xərclərin artmasını üstələdiyindən “Azərbaycan Beynəlxalq Bankı”nın əməliyyat mənfəəti illik müqayisədə 25 milyon 974 min manat artaraq ötən il 321 milyon 521 min manat təşkil edib. 2018-ci ildə Bankın xalis əməliyyat mənfəəti 295 milyon 547 min manat təşkil etmişdi.
2018-ci ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 130 milyon 294 min manat azad olması hesabına Beynəlxalq Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 425 milyon 840 min manat təşkil etmişdi. Həmin il Bank mənfəət vergisi ödəməmişdi.
2019-cu ildə isə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azadolma 2,4 dəfə və ya 77 milyon 27 min manat azalaraq 53 milyon 267 min manata təşkil edib. Azadolmadan sonra ötən il Beynəlxalq Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 374 milyon 788 min manat təşkil edib. Həmçinin Bank 72 milyon 472 min manat mənfəət vergisi ödəyib.
Bankın biznes fəaliyyətinin nəticəsini daha doğru göstərən əməliyyat mənfəətinin 8,8% artmasına baxmayaraq xalis mənfəətin 29% düşməsi ehtiyatlardan azadolmanın azalması və mənfəət vergisinin ödənilməsi ilə bağlıdır.
BANKIN BÖYÜKLÜYÜ 10 MİLYARD MANATA YAXINLAŞIR
2018-ci ilin sonu ilə müqayisədə 2019-cu ildə Beynəlxalq Bankın cəmi aktivləri 1 milyard 290 milyon 590 min manat arataraq 9 milyard 223 milyon 361 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 451 milyon 952 min manat artaraq 2 milyard 374 milyon 984 min manata yüksəlib.
2018-ci illə müqayisədə 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı” nın cəmi depozit portfeli 1 milyard 277 milyon 242 min manat və ya 29,3% artaraq 5 milyard 635 milyon 108 min manata, o cümlədən hüquqi şəxslərin depozitləri 1 milyard 228 milyon 516 min manat və ya 38,1% artaraq 4 milyard 447 milyon 503 min manata, fiziki şəxslərin depozitləri isə 48 milyon 727 min manat və ya 4,3% artaraq 1 milyard 187 milyon 605 min manata yüksəlib.
31 Dekabr 2019-cu il tarixində Beynəlxalq Bank 1 milyard 130 milyon 755 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
3 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
3 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
4 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
5 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib






















