Rekordlar qıran Azərbaycan bankı
2019-cu ildə aktivlərini, gəlirlərini və xalis mənfəətini ən çox artıran banklardan biri “Bank Respublika”dır.
1 İLDƏ 430 MİLYON MANATLIQ BÖYÜYÜB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Bank Respublika” ASC-nin cəmi aktivləri 429 milyon 885 min manat və ya 43,7% artaraq 1 milyard 412 milyon 983 min manata çatıb. Qeyd edək ki, “Bank Respublika”nın cəmi aktivlərindəki artım Azərbaycandakı bir sıra bankların cəmi aktivlərindən çoxdur.
Bankın cəmi aktivlərinin 33%-ni və ya 484 milyon 507 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bankda xalis kreditlər isə 469 milyon 689 min manat təşkil edib.
KREDİTLƏR 140 MİLYON MANATDAN ÇOX ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə “Bank Respublika” ASC-də müştərilərə verilmiş cəmi kreditlər 140 milyon 878 min manat artaraq 484 milyon 507 min manata, xalis kreditlər isə 137 milyon 633 min manat artaraq 469 milyon 689 min manata yüksəlib.
Ötən il "Bank Respublika"nın biznes kreditləri portfeli 114 milyon 161 min manat artaraq 356 milyon 521 min manata çatıb.
ŞİRKƏTLƏR VƏ ƏHALİNİN BANKDA 1,1 MİLYARD MANATA YAXIN PULU VAR
2019-cu ildə “Bank Respublika”da depozitlər 384 milyon 350 min manat və ya 53,7% artaraq 1 milyard 99 milyon 825 min manata çatıb.
31 Dekabr 2019-cu il tarixində “Bank Respublika” ASC 73 milyon 461 min manat səhmdar kapitalına, 78 milyon 271 min manat məcmu kapitala malik olub.
XALİS MƏNFƏƏTİ 10 DƏFƏYƏ YAXIN ARTIB
2019-cu ildə “Bank Respublika”nın cəmi gəlirləri 120 milyon 445 min manat, xalis mənfəəti 20 milyon 423 min manat təşkil edib. 2018-ci ildə Bankın cəmi gəlirləri 69 milyon 57 min manat, xalis mənfəəti isə 2 milyon 154 min manat təşkil etmişdi.
Bankın 2018-ci ilə faiz gəlirləri 42 milyon 460 min manat ikən, 2019-cu ildə 69 milyon 191 min manata, qeyri-faiz gəlirləri 2018-ci ildə 26 milyon 596 min manat ikən, 2019-cu ildə 51 milyon 254 min manata yüksəlib.
Aktivlər, cəmi gəlirlər və xalis mənfəət məbləğləri Bankın indiyədək nail olduğu ən yüksək səviyyələrdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
55 d. əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
58 d. əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir






.jpg)












.jpg)

