Əhalinin borc yükü daha da artdı - 7 MİLYARD MANATA YAXINLAŞDI
Əhalinin kredit təşkilatlarına cəmi borcu 2019-cu ildə 2018-ci illə müqayisədə 1 milyard 659 milyon manat, son 23 ayda isə 2 milyard 457 milyon manat artaraq 7 milyard manata yaxınlaşıb.
2019-cu il ərzində Azərbaycandakı kredit təşkilatlarının cəmi kredit qoyuluşları 2 milyard 277 milyon 880 min manat artaraq həmən ilin sonunda 15 milyard 298 milyon 183 min manata çatıb.Artımın 72,8%-i və ya 1 milyard 659 milyon manatı ev təsərrüfatlarına verilmiş kreditlər, 618 milyon manatı və ya 27,2%-i digər sektorlara (sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və s.) verilmiş kreditlər ilə bağlı olub.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonunda 15 milyard 298 milyon 183 min manatlıq kredit qoyuluşlarının 6 milyard 978 milyon 719 min manatını və ya 45,6%-ni ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) təşkil edib. Ötən ilin Noyabr ayının sonunda ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi şəkisi 45,1%, 2018-ci ilin sonunda isə 40,9% idi. Beləliklə, ötən il istehlak kreditlərinin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 4.7 bənd artıb.
2019-cu ildə ev təsərrüfatlarına verilən kreditlər 1 milyard 659 milyon manat, Dekabr ayında isə 164 milyon 134 min manat artıb.
Noyabr ayında ev təsərrüfatlarına verilən kreditlər 383.6 milyon manat artmışdı.
2018-ci ilin yanvarında ev təsərrüfatlarına verilən cəmi kreditlər 4 milyard 522 milyon manatadək geriləmişdi və cəmi kreditlərdə xüsusi çəkisi 38,8% təşkil etmişdi. Ötən 23 ayda ev təsərrüfatlarına verilən cəmi kreditlər 2 milyard 457 milyon manat artıb.
Ev təsərrüfatlarına verilən kreditlərə daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditər daxildir. Bu kreditlər xaric, yəni sırf istehlak kreditləri ötən il 1 milyard 468 milyon 695 min manat artarq 4 milyard 917 milyon 399 min manata çatıb.
ƏHALİNİN İPOTEKA KREDİTİ BORCU DA ARTIR
Ötən il daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər 190 milyon 392 min manat arataraq 2 milyard 61 milyon manata çatıb.
"BU ÇOX TƏHLÜKƏLİ TENDENSİYA OLA BİLƏR"
Yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev üzünü Mərkəzi Bankın sədrinə tutaraq demişdi: "Yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin".
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
1 gün sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
-
5 saat əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
11 saat əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
11 saat əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 11 saat əvvəl
-
12 saat əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
13 saat əvvəl
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Ən çox oxunanlar
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®





















