“Azəravtoyol” Caspian Energy Forum Baku - 2017-nin partnyoru oldu
“Azəravtoyol” ASC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum – 2017-nin (www.caspianenergyforum.com) partnyoru oldu.
“Biz Caspian Energy Forum – 2017 kimi əhəmiyyətli tədbirə qoşulduğumuz, həmçinin onun işində forumun partnyoru qismində iştirak etdiyimiz üçün şadıq. Caspian Energy Forum Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi yol xəritələri çərçivəsində, həmçinin yol infrastrukturunun inkişafı sahəsində açılmış imkanların müzakirəsi üçün meydana çevriləcək. Bu, investorlara əsas diqqəti forumun üçüncü sessiyasının həsr olunduğu qeyri-neft sektorunun perspektivli inkişaf istiqamətlərinə yönəltməyə imkan verəcək. Özünü yol təsərrüfatının aparıcı müəssisəsi kimi tanıtmış “Azəravtoyol” ASC ölkə ərazisində, o cümlədən Bakıda yolların, avtomobil magistrallarının, körpülərin, estakadların, piyada keçidlərinin, yol qovşaqlarının etibarlı inşasının təminatçısıdır. Mən əminəm ki, forum zamanı şirkətlər bir çox suallara cavab tapacaq və Azərbaycan Respublikası ərazisində biznes layihələrini inkişaf etdirmək üçün stimul əldə edəcəklər”, - deyə “Azəravtoyol” ASC-nin idarə heyətinin sədri Saleh Məmmədov vurğulayıb.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, uzun illər ərzində CEİBC-nin üzvü olan “Azəravtoyol” ASC forumun partnyoru qismində ilk dəfə çıxış edəcək. “Dövlət şirkəti olaraq “Azəravtoyol” ASC klubun digər üzv şirkətləri – özəl sektorun nümayəndələri tərəfindən səsləndirilən bütün məsələlərə və təkliflərə müsbət yanaşır, onlarla fəal dialoq qurur. Ümid edirik ki, bu əməkdaşlıq uzun müddətli olacaq və biz gələcəkdə yeni layihələr və biznes-forumlar çərçivəsində əməkdaşlıq edə biləcəyik”, - deyə Telman Əliyev qeyd edib.
Azərbaycanın avtomobil yolları təsərrüfatını idarə edən yol təsərrüfatı müəssisələrinin varisi olan “Azəravtoyol” ASC dövlət başçısının 2016-cı il 9 mart tarixli Fərmanı ilə yaradılıb. “Azəravtoyol” ASC Respublika ərazisində, o cümlədən Bakıda ümumi istifadə üçün nəzərdə tutulmuş avtomobil yollarının, küçə və prospektlərin, körpülərin, estakadların, piyada keçidlərinin, yol qovşaqlarının təmiri, mühafizəsi, bərpası və inşası üzrə layihələrin həyata keçirilməsi ilə məşğul olur. “Azəravtoyol” ASC-nin tərkibində yolların istismarı, yaşıllaşdırılması və mühafizəsi üzrə 114 idarə və müəssisə fəaliyyət göstərir. Cəmiyyətin balansında olan asfalt-beton zavodları, həmçinin 2600-dən artıq avtotexnika, mexanizm və avadanlıq yol infrastrukturunun müxtəlif sahələrində mühüm rol oynayır.
“Fikrimizcə, burada mühüm məqam Caspian Energy Forum – 2017-də Azərbaycan Prezidenti, Caspian European Club və Caspian American Club-un Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatları dəstəkləyən və bu prosesdə fəal iştirak edən hökumət nümayəndələrinin, nəhəng şirkət və təşkilat rəhbərlərinin iştirakıdır. Biz Azərbaycan Prezidenti Administrasiyasına, xahişimizi müsbət cavablandıran və iqtisadi islahatların ilkin nəticələrinə həsr olunmuş forumun işinə qatılmağa, həmçinin Azərbaycanda fəaliyyət göstərmək niyyətində olan şirkətləri narahat edən problem, məsələ və təkliflərin müzakirəsində spiker və iştirakçı qismində çıxış etməyə razılıq verən bütün hökumət üzvlərinə və Milli Məclisin deputatlarına, nazirlərə, dövlət komitələrinin, dövlət agentliklərinin və dövlət şirkətlərinin rəhbərlərinə təşəkkür edirik”, - deyə Telman Əliyev vurğulayıb.
Caspian Energy Forum-2017-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 nümayəndə iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları “Veysəloğlu” şirkətlər qrupu, Cross Caspian Oil and Gas Logistics LLC, PolyMart, “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti və ASE EXPRESS & OCS, DSV, partnyorları “Azəravtoyol” ASC, “SOCAR Polymer” MMC, “NABUCCO A&C” MMC, SİNAM, “Nərimanfilm”, “Azpetrol Ltd” MMC, AzMetco ASC-dir.
Forumda iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçilməlidir: http://caspianenergyforum.com/index.php/en/registration
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
- 17 d. əvvəl
-
1 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
-
1 saat əvvəl
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
-
3 saat əvvəl
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
Dövlət şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda Çinin “iSoftStone” şirkəti ilə "kompüter və elektron avadanlıqlar istehsalına dəstək" müzakirə olunub
Naxçıvanda Azərbaycanın əsas hissəsilə quru əlaqəsini təmin edəcək xəttin yenidən qurulması davam edir
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
Putin Əliyevə zəng edib, minnətdarlığını bildirib
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
Yeni nəsil kassa aparatları ilk 2 ayda 4,5 milyard manatlıq dövriyyəni qeydə alıb - 16 FAİZDƏN ÇOX ARTIM




















