Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Nəticəmiz yaxşı olsa, şirkətlər özləri bu təcrübədən yararlanmağa meyilli olacaqlar” - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nəticəmiz yaxşı olsa, şirkətlər özləri bu təcrübədən yararlanmağa meyilli olacaqlar” - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ATL-Tech” şirkətinin Baş direktoru (CEO) Anar Əliyevin Marja-ya müsahibəsi


 

Reklam_3_11

- Bu gün biznesdə, xüsusilə informasiya texnologiyaları (IT) sahəsində əsas dəyərlər hansılardır? “ATL Tech”də bu dəyərləri izləyə bilirsinizmi?

 

- Ondan başlayım ki, 2015-ci ildə ölkə iqtisadiyyatında baş verən məlum hadisədən sonra təkcə informasiya texnologiyaları deyil, istənilən sahəni təmsil edənlərin baxış bucağı əhəmiyyətli dərəcədə dəyişdi. Bundan sonra biznesin uğurla həyata keçirilməsi üçün 3 mühüm şərtin təmin olunması vacib amilə çevrildi: optimallaşdırma, diversifikasiya və sabitlik.

 

Optimallaşdırma dedikdə biznesin, xərclərin, proseslərin, bütün resursların optimallaşdırılmasın nəzərdə tuturam. Artıq şirkət daxilində hansı bölmələrin rentabelli, hansıların isə itki ilə işləməsi məsələsinə daha həssas yanaşma ortaya qoyulurdu. Bu xüsusda diversifikasiya amili xüsusi önəm qazandı. Azərbaycanda özəlliklə İT sahəsində çox az sayda şirkət göstərə bilərik ki, potfoliosunda fərqli sahələrdən olan müştərilər var. Hərçənd ki, evinizin qarşısındakı market də, kosmik mərkəzlər də soft-dan istifadə edir. Yəni elə bir sahə yoxdur ki, İT ora xitab etməsin. Diversifikasiya o mənada önəmlidir ki, əgər fəaliyyətiniz bir sahəyə bağlıdırsa və orada hər hansı mənfi tendensiyalar müşahidə olunursa, bu, avtomatik olaraq sizə də öz mənfi təsirini göstərir. Bu əsnada bir məqamı xüsusi vurğulamaq istəyirəm. Biz bir şirkət olaraq diversifikasiyaya bir az daha geniş prizmadan yanaşırıq. Müştəri bazası formalaşdırılarkən fərqli sahələrdən olmaları ilə yanaşı, fərqli coğrafiyanı təmsil etmələrinə önəm verilir. Belə ki, coğrafi asılılıq aradan qaldırılanda gəliriniz bir pul vahidinə bağlı olmur. Əgər mən istehsal etdiyim məhsulu Avropa və Rusiya bazarında satıramsa, deməli, büdcəmə daxil olan vəsait bir sıra valyutalarda olur. Bu isə öz növbəsində məni o valyutaların hər hansı birinin məzənnəsində baş verən əhəmiyyətli titrəyişlərin mənfi təsirindən sığortalamış olur.

 

O ki qaldı sabitliyə, bu dəyər iqtisadiyyatla yanaşı, həm də məxsusi olaraq proqram təminatları istehsal edən şirkətlərə xas olan bir xüsusdur. Belə ki, proqram təminatı istehsal edən insanlar rəssamlardan elə də çox fərqlənmirlər. İncəsənətlə bənzətmə apararaq onun tarixinə nəzər salsaq, görərik ki, iqtisadi dirçəliş, sülhün və sabitliyin bərqərar olduğu zamanlarda incəsənət xüsusilə inkişaf edib. Bizdə də eynilə belədir. 2018-ci ilin mayında “ATL Tech”in CEO-su vəzifəsinə təyin olunmağımın əsas səbəbi şirkətdə formalaşmağa başlayan bu dəyərləri daha təkmil formaya gətirmək idi. Məndən ilk olaraq bu istənilirdi. Bu hədəfin reallaşdırılması istiqamətində əməli addımlar atıldı və çox ciddi müsbət nəticələr əldə olundu. Hazırda proseslər daha sabit və şəffafdır.

 

- Bu gün “ATL Tech”də əsas idarəetmə yanaşmanız nədir? Bu yanaşma öz sektorunuz və ya ölkə üçün nümunəvi ola bilərmi? Şirkətin inkişaf strategiyasında personala nə kimi önəm verirsiniz?

 

- İdarəetmə yanaşmamı və ya şirkətin biznes-idarəçilik fəlsəfəsini bir sözlə ifadə etməli olsam, bu, “Agile”dır. Bu mütəmadi olaraq dəyişikliklərə hazır olmaq və qısa zamanda onları dəyərləndirməkdir. Konkret olaraq bizdə klassik idarəetmənin müəyyən elementləri də saxlanılır. Elə bir sistem qurmağa can atıram ki, o, mənsiz də “ATL Tech”i və ya istənilən digər qurumu idarə etsin. Müdir kimi əsas vəzifələrimdən biri də bu sistemi kimsənin pozmamasını təmin edim və özüm də onun tələblərinə riayət edim. Lakin hətta bu yanaşmamda belə sərt inzibati idarəçilik elementləri minimum səviyyədədir. Şirkət içində iş rejimi müəyyən dərəcədə sərbəstdir. Yəni mütləq şəkildə səhər saat doqquzda işdə olub axşam altıdan tez iş yerini tərk etmək kimi məcburiyyət yoxdur. Developerlərə gəldikdə isə onlar, ümumiyyətlə, evdən də işləyə bilərlər. Çünki nəticə etibarı ilə mənim onlara verəcəyim qiymət ortaya qoyacaqları işlə bağlıdır. Nəticədən aslı olaraq işçilərin nə dərəcədə səmərəli olub-olmadıqlarına dair qərar verilir. Bir şirkət olaraq bu prosesdə bir az daha irəli gedərək bu ildən “Objectives and Key Results” yanaşmani tətbiq etməyi hədəfləyirik. Bu yanaşma ilk dəfə “Google” korporasiyasında tətbiq olundu və çox ciddi fayda verdi. Bu üslubun özəlliyi ondan ibarətdir ki, əməkdaşın qarşısına 15 yox, 2-3 konkret hədəflər qoyulur və periodik olaraq işin nə yerdə olduğunu yoxlanılır. Sonda ortaya qoyulacaq iş qiymətləndirməsi rəhbərliyin subyektiv baxışına bağlı olmamalıdır. Ya siz bunu etdiniz, ya da yox.

 

Kiməsə nümunə olmaq kimi nə bir hədəfimiz, nə də istəyimiz var. Biz sadəcə doğru bildiyimiz dəyərlər və işgüzar yanaşmayla bu yola çıxmışıq. Nəticəmiz yaxşı olsa, şirkətlər özləri bu təcrübədən yararlanmağa meyilli olacaqlar. Odur ki, məsləhət verməyi başqaların öhdəsinə buraxaraq əmin addımlarla prioritet kimi müəyyən etdiyimiz hədəflərə doğru gedirik.

 

Mənim gözümdə “ATL Tech”də olan hər bir əməkdaş bizim uzunmüddətli əsas aktivimizdir. Bu aktivə nə qədər çox yatırım etsəniz, o qədər çox geri dönüş edəcək. Çünki texnologiyanı ortaya qoyan bizim əməkdaşdır. O, öz dəyərini hiss etməlidir ki, dəyərli bir məhsul ortaya qoysun.

 

- “ATL Tech” öz fəaliyyətini yalnız yerli bazardan gələn tələblər üzərində qurur, yoxsa xarici bazarlarda da müəyyən xidmətlər göstərirsiniz?

- Əsas fəaliyyət istiqamətimiz birmənalı şəkildə daxili tələbat üzərində qurulub. Lakin daha əvvəl də qeyd etdiyim kimi, coğrafi diversifikasiya hədəflərimizdən biridir. Bu hədəfdən yola çıxaraq 2018-2019-cu illərdə ABŞ bazarında müəyyən xidmətlər göstərdik. Buna kimi xarici bazarlara çıxışımız yox idi. Bu ilin sonuna kimi ilk xarici filialımızı da elə ABŞ-da açacayıq. Bu bazar fərqli və spesifikdir. Burada millət və irq kimi steriotiplərə yer yoxdur. Eyni zamanda İT sahəsində çox qabaqcıl ölkədir. Dünyanın hər hansı bir yerindəki texnoloji həllərin böyük əksəriyyəti bu bazarda öz tətbiqini tapır. ABŞ-da olmaq tətbiq olunan texnologiyalar, ən son yeniliklər haqqında xəbərdar olmaqdır. Eyni zamanda bazar həddindən artıq böyük olduğundan orada müəyyən bir pay sahibi olmaq rahatdır. Əslində Rusiya və Ərəb dünyası kimi alternativlər olsa, bu faktorlardan dolayı seçimimizi ABŞ-ın xeyrinə etdik.

 

- Özünüidarəetmə sizin üçün nə qədər əhəmiyyətlidir? Yaxşı menecer olmağı kimdən öyrənmək olar? Ən nümunəvi menecer olduğunu düşündüyünüz 3 şəxsin adını çəkə bilərsinizmi?

 

- Özünüidarəetmə, özünün müdiri ola bilmək çox vacibdir. Bu mənada işlədiyim sahədən asılı olmayaraq mənim üçün özünüidarəetmənin 3 elementinin varlığını tələb edir. Bunlar məsuliyyət, təşəbbüskarlıq və sistemlilikdir. Birinci elementdən başlamış olsaq, məsuliyyət mənim üçün bir az daha geniş anlam daşıyır. Yəni hər hansı bir şeyə məsul olmaq üçün onun birbaşa olaraq mənim kompetensiyamda olmasına ehtiyac yoxdur. Buna dolayı məsuliyyət də deyə bilərik. Hər hansı bir əməkdaşın işindəki mənfi məqamların məsuliyyəti mənim də üzərimə düşür. Təşəbbüskarlığım şirkətin həyatında daha fəal mövqedən iştirak etməyimə gətirib çıxarır. Bu isə öz növbəsində hər bir əməkdaşın əhvali-ruhiyyəsini, şirkətin bazardakı faktiki yerini daha aydın formada görməyə imkan verir. Sistemlilik dedikdə, ilk növbədə, prinsiplərdəki sistemliyi nəzərdə tuturam. Harada olmağımdan, zamandan və şəraitdən asılı olmayaq onlar dəyişməz qalır.

 

Mənə görə yaxşı menecer olmağı hamıdan öyrənmək olar. Bu yaxşını götürüb pisdən uzaq durmağı nəzərdə tutur. Fikrimi daha da detallaşdırmış olsam, işçi olduğum zaman hər hansı bir menecerə baxıb Anar, bu adamda gördüyün filan özəlliklər səndə heç zaman olmamalıdır. Bu təcrübə sizə həm pis menecerdə topalanan xüsusiyyətləri, həm də yaxşını pisdən ayırmağı göstərir. Belə ki, yalnız peşəkar, yaxşı menecerlərlə çalışsaydıq, onların əksini görmədiyimiz üçün sahib olduqları xüsusiyyətlərə dəyər verməkdə çətinlik çəkərdik, bəzi hallarda isə heç dəyər kimi də görməzdik.

 

İş həyatında nümunəvi mencer kimi “Google” korporasiyasının qurucuları - Sergey Brininin və Larri Peycin, “Amazon” şirkətinin yaradıcısı Cef Bezosun adını çəkmək istərdim. Bu gün nəsə lazım olanda axtarışa ver yerinə "google et" deyirik. Adamlar axtarış sözünü "google" ilə əvəz etməyi bacardılar. Bezos isə tamamilə satış fəlsəfəsini, iş mühitini dəyişdi. Oradakı qiymətvermə düsturlarını alt-üst etdi. Lakin məndən bircə ad soruşmuş olsanız, heç bir tərəddüd etmədən Məhəmməd (s.a.v) peyğəmbərin adını çəkərdim. Çünki mən yuxarıda qeyd etdiyim şəxslərin ailəni necə idarə etdiklərini, insani dəyərlərini bilmirəm. Ancaq menecer olaraq mən bu insanı özümə örnək görürəm. Ona baxdığım zaman həyatımın istənilən aspektini necə idarə etməli olduğumu görəbilirəm.

 

- Şəxsi həyatla işgüzar həyatınızı ayırmağı bacarırsınızmı? Asudə vaxtınızı nəyə həsr edirsiniz?

 

- Həyatım sadəcə işdən ibarət deyil. İşim üçün ölərəm deyən insanları da həyatım boyu başa düşməmişəm. Mənim üçün işin öz yeri var, şəxsi həyatın öz yeri. Asudə vaxtımı dostlara və ailəmə həsr edirəm. İnsanın həyatda ən böyük sərvəti elə dostudur. Zamanın süzgəcindən keçərək dostluğumda qalanların dəyəri mənim üçün bir başqadır. Onalara daha çox diqqət və vaxt ayırmağa can atıram. Ailənin həyatımızdakı yeri haqqında onu deyə bilərəm ki, o kürəyimizi söykəyə biləcəyimiz dayaq, üzərində möhkəm dura biləcəyimiz təməldir. Sağlam olduqca görəcəyimiz işlər də o qədər sağlam və xeyirli olacaq. İki övladım var və işdən kənar vaxtımı həm də onlara ayırıram. Çünki sahib olduğumuz dəyərlər ilk öncə onlarda yaşayacaq. Həmin dəyərləri onlara aşılayıram və həyatda dik durmağı ötürməyə çalışıram.

 

-Müsahibəyə görə çox sağ olun.

24.02.2020 06:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ