Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-2_21

İş adamları və sağlam həyat tərzi: Biznesə necə təsir edir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
İş adamları və sağlam həyat tərzi: Biznesə necə təsir edir?
iç səhifə xəbər şəkil altı (mobil)_32

Yeni nəsil uğurlu bizneslərin təsisçilərinin bir çoxu sağlam həyat tərzinə böyük əhəmiyyət verir. Sağlam həyat tərzinin iş adamlarında və dolayısı ilə bizneslərdə yaratdığı dəyişikliklərin bir hissəsi komanda üçün də keçərlidir.


Bəs sağlam həyat tərzi iş adamlarının biznesə yanaşmasını necə dəyişir? Bu dəyişikliklər biznesə necə təsir edir? Biznes və sağlam həyat tərzi arasında vaxt necə idarə olunur? 


ALT qrupun təsisçisi və CEO-su Rəşad Mirzəyev açıqlamasında bildirib ki, iş həyatında balans və emosional zəka çox önəmlidir: “Bu iki anlayışı düzgün idarə etmək lazımdır. Sağlam həyat tərzi idman və qidalanmadan başlasa da, bu təməlin üzərində bir çox meyarlar var. Əminəm ki, bütün uğur hekayələrində müxtəlif metodikalarla qarşılaşacağıq. Amma adətən, sağlam bədən və sağlam ruh məsələsi gündəmdə olur. Kimi fitnes, kimi yoqa-meditasiya, kimi isə müxtəlif komanda oyunları ilə həm fiziki sağlamlığını artırır, həm də işin stressini atır. Nəticədə, əldə olunan emosional stabillik və intellekt biznes qərarlarının daha çox məntiq və praqmatik düşüncəyə əsaslanmasına imkan yaradır; üstəlik, korporativ mühiti yaxşılaşdırır və komandada ruh yüksəkliyini artırır".

R.Mirzəyevin sözlərinə görə, vaxtı düzgün idarə etmək bu prosesin ən mühüm şərtlərindəndir. Əksər iş adamları vaxt yetməzliyindən şikayət etsələr də, bu problemi həll etmək yenə də onların öz əllərindədir. Rəhbər şəxslər müxtəlif prosedurlar və əməliyyat yeniliklərini, özlərinin idarəetmə üslubunu şirkətin özəyinə çevirirlər. Buna nail olduqca, şirkət onların fiziki anlamda harada yerləşmələrindən asılı olmayaraq, idarə oluna bilir. Lakin bu zaman müxtəlif platformalardan daim məktub və sorğular daxil olmağa davam edəcək. Bu da telefona bağlılığın artmasına gətirib çıxarır. Effektivliyi artırmaq və vaxtı düzgün idarə edə bilmək üçün müxtəlif proqram təminatlarının istifadəsi şərtdir. Eyni zamanda, düzgün komanda toplayıb inanmaq və güvənmək lazımdır. Heç vaxt mikromenecment etməyin tərəfdarı olmamışam. Bu iki yanaşma həmin sintezi yaratmaqda mənə kömək edir”.


R.Mirzəyev qeyd edib ki, komanda üzvlərinin də sağlam həyat tərzinə keçidi üçün müəyyən işlər görürlər: “Komanda üzvlərimizin müxtəlif tədbirlər, fəaliyyətlərdə iştirak etmələrinə şərait yaradırıq. Bundan başqa, onlara mütəmadi fitnes klubuna üzvlük hədiyyələri veririk. Korporativ futbol komandalarına sponsorluq edirik”.

 


AGA Qrup”un rəhbəri Qafar Dəmirçi sağlam həyat tərzinə idman və düzgün qidalanmadan başqa, zaman bölgüsünün aid olduğunu vurğulayıb:

 

“Mən sağlam həyat tərzi deyəndə, həm də vaxtın düzgün bölünməsini, iş və həyat arasındakı balansın nizamlanmasını nəzərdə tuturam. Düzgün hesablama sayəsində hər şey üçün lazımi zaman tapılır. Tez-tez Azərbaycanda insanların heç nəyə vaxtının olmadığı ilə bağlı fikirlər eşidirik. Çünki həmin insanlar işlərini effektiv görə, zamanlarını düzgün planlaya bilmirlər. Nəticədə çox qeyri-sağlam qidalanırlar. İdman üçün də ümumiyyətlə vaxtları qalmır. İdmanın insan həyatında çox müsbət tərəfləri var. Sistemli şəkildə idman əslində bir həyat tərzidir. Çünki insanın həyatına bir intizam gətirir. Bu intizam təkcə idmanda yox, həyatın bütün hissələrində insana kömək etməyə başlayır. Ümumi yanaşma, həyata baxış dəyişir. Öz üzərində olan iradə artır. İradə davamlılığa, davamlılıq uğur qazanmağa bərabərdir”.

İş adamı qeyd edib ki, uzunmüddətli aşağı intensivli idman növləri insanın özünü tanımasına kömək edir: “Mən bu dəyərləri komandamıza da aşılamağa çalışıram. Şirkət olaraq, idmanla məşğul olan hər kəsə fitnes zallarından endirimli paketlər əldə edirik. Daha sonra endirimli qiymətin yarısı da şirkət tərəfindən ödənilir. Əməkdaşlarımız çox ucuz qiymətə yaxşı zallarda idman edə bilirlər. Hamını idmanla məşğul olmağa yönləndirməyə çalışırıq. Romalılar deyir ki, yalnız sağlam bədəndə sağlam ağıl ola bilər. İnsanlarımızı nə qədər sağlam olsa, həyat sevgilərini nə qədər çoxaltsaq, iş keyfiyyətimiz bir o qədər artmış olar. Mən özüm vaxtımı çox ciddi şəkildə bölərək yaşayıram. Yay fəslində səhər saatlarında idman etməyə çalışıram. Qışda əfsuslar olsun ki, səhər yuxudan oyanmaq çox çətindir. Buna görə idmanları axşam edirəm. Eyni zamanda, axşam yorğunluğu yuxunun keyfiyyətini də artırır.


Q.Dəmirçinin fikrincə, idmanın həyata qatdığı dəyər götürdüyü vaxtdan daha çoxdur: "Həm keyfiyyət, həm sağlamlıq, ən əsası, insanın özünə güvəni olaraq... Çünki iradəli olmaq, tamah keçəndə, ürək tənbəllik etmək istəyəndə bunun qarşısında dayanıb lazım olanı edə bilmək deməkdir”. 

27.02.2020 08:49

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10