Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azeri Business Award” mükafatının 10-cu təqdimat mərasimi keçirilib - QALİBLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azeri Business Award” mükafatının 10-cu təqdimat mərasimi keçirilib - QALİBLƏR

® 2020-ci il fevral ayının 29-da “Buta Palace”da biznes sahəsində 2019-cu ilin yekunları üzrə “Business Time” jurnalı tərəfindən təşkil edilən “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

 

Reklam_3_11

Tədbirdə 12 ölkənin fövqəladə və səlahiyyətli səfirləri, müxtəlif dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 300 nəfər iştirak edirdi.

 

Tədbirdə həmçinin Gürcüstanın Batumi şəhərinin meri Laşa Komaxidze başda olmaqla nümayəndə heyəti də iştirak edirdi.

 

Laureatlar iqtisadiyyatın müxtəlif sahələrinin nümayəndələridir – tikinti materiallarının istehsalı, tibb, bankçılıq, kənd təsərrüfatı və s.

 

“Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə” əsas mükafata Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Şerzod Fayziyev layiq görüldü.

 

Yuxarıda qeyd edildiyi kimi, qonaqlar arasında Fransa, Çexiya, Gürcüstan səfirləri də daxil olmaqla digər ölkələrin də diplomatik nümayəndələri də iştirak edirdilər.

 

“Azeri Business Award” 2019 mükafatının tərəfdaşı “Avtoluks Azərbaycan”, “Faberlic” və “Elite Group”, tədbirin dost şirkətləri isə "SmartFlame”, “iBroker”, “Grante”, “Minabi” və “King Edward” idi.

 

"Buta Palace"da təşkil edilən mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.

 

Bundan başqa "Azeri Business Award” mükafatının tərəfdaşı "Avtoluks Azərbaycan" yeni Land Rover Discovery Sport avtomobilinin  təqdimatını keçirdi.

 

Bu axşam qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duydular.

 

Tədbirin informasiya tərəfdaşları: Apa.az, Lent.az, Marja.az, News.az, Vesti.az, KaTV1, Report.az, SIA agentliyi, Urban.az və Navigator.az.

 

“Azeri Business Award” 2019 mükafatının laureatları

 

Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Şerzod Fayziyev – Ticari-iqtisadi əlaqələrin inkişafına töhfəsinə görə

 

Namiq Hacıyev, Yağmur-2 şirkətinin direktoru – İşgüzar nüfuz

 

Mircəlal Kazımi – Transplantalogiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə. İlin həkimi

 

Vüsalə Mahirqızı, APA Qrup baş direktoru – İlin iş adamı. KİV

 

“Premium Bank” ASC – İlin bankı

 

Max Print – Yüksək keyfiyyət standartları. Poliqrafiya xidməti və suvenir məhsulları

 

Magna (“Cahan Sənaye Kompleksi” MMC) – İlin brendi

 

Zeytun Pharmaceuticals – İlin apteklər şəbəkəsi

 

Garden Palace (Caspian Service) – İlin EKO layihəsi

 

HTech Invest –İlin İT şirkəti

 

Range Rover Velar – İlin lüks avtomobili

 

Kartmane (“Rabitəbank” ASC) – İlin bank məhsulu

 

Gold Buta – Milli ənənələrin və koloritin təbliğinə töhfəsinə görə

 

Shahenshah – Təbii şirələr bazarında ilin ticarət nişanı

 

Fab Boya – Boya və kimya sənayesi sahəsində əldə etdiyi yüksək nəticələrə görə

 

Elatus – İlin moda evi

 

ARIS – Yüksək keyfiyyət standartları. Suvarma sistemləri

 

Collezione İtalia​ – Lüks seqmentində ilin aparıcı interyer şourumu

 

Xurcun – Xalq markası

 

VS Energy Service – İlin şirkəti. Elektrik-montaj işləri və tikinti

 

New Europe – Yüksək keyfiyyət standartları. Əmlak agentliyi

 

Sobsan Boyaları – İlin boya və lak istehsalçısı

 

SOCAR Petroleum – İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi

 

Hajiqabul Green House – Kənd təsərrüfatı sahəsində əldə etdiyi yüksək nəticələrə görə

 

İydə – İlin parfümeriya mağazaları şəbəkəsi

 

BADAM Patisserie – Azərbaycanın qədim və ənənəvi kulinariya reseptlərinin təbliğinə töhfəsinə görə

 

Təsisçi və mükafat barədə:

 

“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 11 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı  dövri nəşrdir.

 

“Business Time” şirkətlərə çevik və müasir  idarəetmə qərarlarının səmərəli tətbiq edilməsində və rəqabət qabiliyyətini artırmağın yollarının axtarışında milli biznesə yardım göstərir. Öz sahəsi üzrə aparıcı ekspertlərin cəlb edilməsi ilə yazılan informasiya və analitik materiallar vasitəsilə oxucuları ölkə iqtisadiyyatında gedən  aktual və maraqlı proseslərlə tanış edir.

 

“Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.

 

Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.

02.03.2020 11:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ