Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Böhrandan sonrakı böhran

iç səhifə xəbər başlığı altı (mobil)_31
Böhrandan sonrakı böhran
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bugün bütövlükdə iqtisadiyyatımız çətin dövr yaşayır. Böyük şirkətlərlə parallel olaraq iqtisadiyyatımızın əsas inkişaf nöqtəsi olan kiçik və orta sahibkarlar da əziyyət çəkir. Mən bu yazımda Sizə bugünün böhranından deyil, özümüzün yaratmaqda olduğumuz sabahın böhranından, yəni böhrandan sonrakı böhrandan danışacam.

 

Hazırda yaşadığımız çətinlik bütün dünyada var və bir müddətdən sonra o bitəcək. Bitəndən sonra nə olacaq? Kim ayaqda qalacaq? Kim itirəcək? İlk təslim olan kim olacaq? Ümumiyyətlə, kobud desək, bu işlərin axırı nə olacaq?!

 

Adətən əvvəlcə qənaəti düşünürük. Şirkət dərhal ekonom rejimə keçir, gözə görünən ilk xərclər sıfırlanır. Bəlkə bayağı səslənə bilər, amma bizim, hər bir sahibkarın B planı, yeri gələndə C planı olmalıdır. Ola biləcək təhlükələr göz önündə canlanmalıdır. Əbəs yerə deyil ki, bəzi böyük şirkətlər böhranı real keyslərlə simulyasiya edirlər. Böhran komandası yaradır, hər-hansı növ böhranın olduğunu var sayıb ona uyğun bütün struktur bölmələrin nə iş görməli olduğu haqqında bərabər proyekt şəklində işləyirlər. Bizdə necə olur bəs? Gözləmədiyimiz hadisələri baş verməyincə heç olmayacaqmış kimi qəbul etdiyimizdən real böhranlı situasiyada sadəcə “yanğın söndürməklə” məşğul oluruq.

 

Yadımda ikən qeyd edim ki, İstanbulda təcrübə proqramı vaxtı KOÇ Holdinq rəhbərliyi öz böhran kommunikasiyası planlarını təqdim etmişdilər. Sırf sosial media üçün ayrıca bir böhran kommunikasiya planı hazırlanmışdı. Bu planlar bələdçi kimi hazırlanır və şirkətin hər bir əməkdaşına izah olunur. Necə ki, dəyərləri, qayda-qanunu izah edirik, eləcə də, rəqəmsal platformalarda olmağımızın vacibliyini izah etmək lazımdır. Bu həm də ona kömək edir ki, əməkdaş bilir ki, sosial mediada paylaşdıqlarına və yazdıqlarına görə hansı məsuliyyəti daşıyır.

 

İndi soruşacaqsınız ki, sənin özünün belə ssenarin var idi?



Pandemiya olacağı ssenarim yox idi, bu sözü belə yeni öyrənmişəm. Başqa ssenarilərim var idi, trend dəyişə bilərdi, sosial media idarəetməsinin daxili komandaya keçidi sürətlənərdi, yeni texnoloji yenilik gələ bilərdi, sosial media səhifələri və ya sosial media özü ölkədə bağlana bilərdi və s. .. bu nümunələrə bənzər hallarda nə etmək lazımdır deyə cızma qara etmişdim. İndiki halda hamının tələm-tələsik onlayna keçməsi bizə şirkət olaraq sürpriz olmadı. Hazır idik, onsuzda onlayn işləyirdik. Düzdü, bəzi innovativ həllərdə gecikmişdik.

 

Məsələn, biz illərdir bitrix24 onlayn platformasını istifadə edirik. Ofisdə olmağımıza tələb yoxdur, telefon yanımızdadırsa, işlərimizi təqib edə, icra edə və ya onlayn görüş edə bilərik. Bu proqramı biz yerli sahibkarlara yerli məhsul kimi təqdim etmək istəyirdik. Bir çox proqramçı və şirkətlərlə də görüşdük, danışdıq. Həmin vaxtlarda əlimizdə real proqram olduğu və foksumuzun fərqli istiqaməti olduğu üçün ertələdik. Nəticədə bugün yerli və bu xüsusiyyətlərə malik (tam ERP) belə bir proqram təminatı yoxdur. Olsa idi, zoom necə ki, bu hadisələrlə səhmlərinin dəyərini artırdı, bizdə də həmin şirkətlər elə olacaqdı.

 

Biznesdə gecikmək olmaz, təəssüflənmək də. İstehlakçısının davranışlarına uyğun operativ dəyişən bizneslər bu böhranlardan qalib ayrılır.

 

Su kimi yəni, töküldüyü istənilən qabın formasını ala bilər. Yaşadığımız böhranı özümüzdən əlavə komandamızla da aydın şəkildə paylaşmaq lazımdır. Bilmirəm gələn ay nə olacaq deməklə irəliləmək olmaz. Hər kəs ailə sahibidir və işlədiyi müəssisəyə güvənir.

 

İlk iş soyuqqanlı olanları qəbul edib, panikaya düşməməkdir. Məsələn, biz komandamızla bölüşdük ki, necə hərəkət etsək hansı nəticələri alacağıq. Şəxsi fikrimcə mayın sonlarına doğru işlər qismən düzəlməyə başlayacaq. Ölkəmiz bu bəladan xilas olacaq. Evdə qalsaq və Operativ Qərargahın tövsiyə, tapşırıqlarına riayət etsək daha da tez ola bilər. Eləcə də şirkətimiz. Məsuliyyətli və operativ olsaq, İdarə Heyətinin tövsiyə, tapşırıqlarına riayət etsək “hər şey çox gözəl olacaq”.

 

Biz bilirik ki, dijital həqiqətən də bu böhranda fürsəti olan sahədir. İşləsək ayaqüstə qalacağıq, böyüyəcəyik, qazanacağıq. İşləməsək heçnə alınmayacaq. Bir nəfərin səhvi bir neçə nəfəri təhlükəyə salacaq, eləcə də bir nəfərin düzü bir neçə nəfərin yaxın gələcək üçün perspektivi ola bilər.

 

Məhdudiyyətlərimiz varmı? Var. Bugün icarə endirim etmək istəmir, ofis istifadə olunmasa da, icarəsi, kommunalı və s. ödənilməlidir. Media planların büdcəsi endirilir, marketinq fəaliyyəti dayandırılır. Nədənsə, belə hallarda ilk gözə görünən “xərc” də marketinq olur.  

 

Bu yazını elə ona görə paylaşmaq istəyirəm ki, istənilən sahədə bu və ya digər səviyyədə çətinlik var. Bu çətinlikləri fürsətə çevirmək isə mümkünsüz deyil. Bacaran və ya bacarmayan olacaq. Bu qədər sadədir hər şey.

 

İndi dijitalda fəaliyyətini dayandıran sahibkar biznesini geri çəkəcək. Şərti 1 aya çox rahat şəkildə müştərinin yaddaşından çıxmaq olur, amma 1 aya yaddaşa həkk olunmaq çox çətindir, əksərən də mümkün deyil. 2 ay müddətində satışlarınızı bərpa edərsiniz, amma müştərilərinizin beynində itirdiyiniz mövqenizi bərpa etməyə Sizcə nə qədər zaman lazımdır? Məncə, düşünməyə dəyər. Çünki insan emosional varlıqdır. Müştəri beynində itirdiyiniz yeri geri qaytarmaq Sizə baha başa gələcək.


Maraqlı başqa bir nümunəyə baxaq. AUDİ indi heçnə sata bilmir. Lüks ehtiyacın bitdiyi yerdə başlayan ehtiyac olduğu üçün bu vəziyyətdə istehlakçı əvvəlcə öz sağlamlığını və zəruri ehtiyaclarını düşünür. Ona görə AUDİ öz maşınlarından ayıraraq bugünün super qəhrəmanları olan həkimlərə vermək qərarına gəlir. Lamborghini maska istehsalına başladı. Yaxın Türkiyədə belə brendlər sosial məsuliyyət çərçivəsində TV və rəqəmsal platformalarda maarifləndirici video çarxlarla istehlakçıları ilə görüşür. Arada adam özü də heyrət edir ki, necə olur “iki daşın arasında” bu qədər işi düşünə və reallaşdıra bilirlər.


Yəni, əziz dostlar, belə zamanda qənaət saatı dayandırmağa bənzəyir. Vaxt gedir, amma siz öz saatınızı dayandırırsınız. Özünüz özünüzü aldadırsınız. İlk küləkdə başınızı əyməklə əslində öz ayağınıza güllə atırsınız.
 

Necə ki, sahibkarlara onlayn satışa keçin, zamanın tələbi budur deyəndə -əşşi, orda nə satış olacaq – mənim müştərilərim çoxdur, ehtiyac yoxdur – müştəri əli ilə toxunmasa almır ... və s. kimi cavablar alırdıqsa, bugün də büdcənizi saxlamayın deyəndə eyni cavabları almamalıyıq.


Misal üçün, McDonalds-ın Mcdrive-nı restoranlara nümunə göstərəndə camaat özü gəlir, ehtiyac yoxdur deyirdilər. İndi fikir versəniz, hər birisi çatdırılma reklamı ilə istehlakçıya çatmağa çalışır. Bazar payını dəqiq bilməsəm də, Mcdrive-da olan növbədən bilirəm ki, onlar bu aralar xeyli gündəmdir.

 

Mcdrive vaxtında keçənlərdən idi, illərlə də bu xidmətini möhkəmləndirdi. Digərləri üçün də gec deyil, əsas odur ki, haradansa başlayaq! Necə deyərlər, bugün tezdir, sabah gec. Vaxt itirmək olmaz.

 

Sözümün canı odur ki, bu böhrandan keçənlər və keçiddə qalanlar olacaq. Necə ki, bizim görmədiyimiz 2-ci Dünya Müharibəsindən eyni qaydada bütün dünya zərər görmüşdü, indi də sanki 3-cü yaşanır. Bu dəfə üstünlüyümüz ondadır ki, hərtərəfli ölüm karantinində deyilik, heç kim silahla üstümüzə gəlmir, evimizdən didərgin düşmürük, əksinə evimizə yığışırıq. Göstərilən qaydalarla qorunsaq, yumşaq desək, ölməyəcəyik. Ölkəmiz də işğal olmayacaq, sevdiklərimiz də müharibədə deyil, çox şükür. Dijital imkanlarımız var, fürsətə çevirmək daha asandır. Darıxsaq, zəng edəcəyik, mağazaya gələ bilmirsə, canlı yayım edəcəyik, pulu yoxdursa belə, indidən ehtiyac yaradıb onun şüuraltında qalacağıq ki, ilk fürsətdə bizim müştərimiz olsun. Kontaktı itirmək olmaz, yeni müştəri qazanmaq əvəzinə bugün CRM sistemimizi təkmilləşdirməliyik, boş vaxtımız var.

 

Məsələn, PUMA və ADİDAS keysini bilənlər, onların böhrandan sonra böyüdüyünü bilir. Onları böhran ayırmasa da öz aralarındakı qardaş müharibəsi ayırdı. Bəlkə, elə o da güclü etdi.

Xülasə, biz hər şeydən öncə beyinlərdəki böhrana qalib gəlməliyik.
 

Bugün xəstəliyi olmadan sadəcə sosial media və ya TV-də eşitdiyi xəbərlə həyəcanlanan, elə bu qorxudan xəstəlik tapan nə qədər adam var. Biznesdə də eynilə, vaxtında biznes modelini düzgün qurmayan, investisiyasını və onun geri dönüşünü düzgün hesablamayan, biznes proseslərini idarə etməyən nə qədər sahibkar var ki, bugün problemi ancaq pandemiyada görür, ixtisara gedir, sıfırlayır. Əslində onlar üçün elə əla vaxtdır ki, sistemlərini düzəltsinlər.

 

Hərəkətdə olan maşını təmir etmək olmur, dayananda isə hərtərəfli diaqnostika edib, təmir edə bilirsiz. Odur ki, panikaya düşməyin. Mütəxəssis dəstəyi alın, hərtərəfli təhlil edin, ağıllı risk edin, böhranı fürsətə çevirin.

 

Müəllif: Aysel Cəbrayılova, FİL agentliyinin rəhbəri 

03.04.2020 19:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ