"Vergi stimulları qanunvericilik paketi üzrə iş başa çatdırılıb"
"Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir"Xəbər verdiyimiz kimi, Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.
Marja xəbər verir ki, müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək deyib:
2020-ci ilin ilk rübündə, yanvar-fevralda müşahidə edilən sağlam artım birinci rübün ümumilikdə müsbət fonda yekunlaşmasını şərtləndirdi. Eyni zamanda, mart ayında pandemiya dünya enerji bazarlarında artım tempinə mənfi təsir etmiş və mütləq göstəricilərin enməsinə səbəb olmuşdur.
Möhtərəm cənab Prezident, Siz qeyd etdiyiniz kimi, qeyri-neft ümumi daxili məhsulunun 3,5 faiz səviyyəsində artımına nail olmuşuq. Ümumi daxili məhsulda ən sürətli artım və azalma sahələrini diqqətinizə məruzə etmək istərdim. Qeyri-neft sənayesində artım 23 faiz təşkil etmişdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatı sahəsində 3,7 faiz artım olmuşdur. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17 faiz və yük daşımaları 7,2 faiz artmışdır. Eyni zamanda, azalan sahələr arasında turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintini qeyd etmək lazımdır.
Xarici ticarətə gəldikdə, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalmışdır. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artmışdır. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artmışdır. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalmışdır. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalmışdır.
Sizin tapşırığınıza əsasən, tədbirlər planına uyğun olaraq məruzə edirəm ki, sahibkarlara dəstək proqramı artıq fəaliyyətdədir. Onun ilkin nəticələrini, bu günə olan rəqəmləri məruzə etmək istərdim. Belə ki, muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və sahibkarlara dəstək proqramı çərçivəsində 10 min 914 vergiödəyicisi onlayn sistem vasitəsilə müraciət etmişdir. Həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 124 min 510 nəfərdir. Maliyyə Nazirliyi ilə və agent banklarla birlikdə çalışırıq ki, həmin siyahı üzrə maliyyə dəstəyinin birinci ay üzrə ödənilməsini təmin edək. Bu məqsədlə nəzərdə tutulan vəsaitin məbləği 16 milyon 890 min manat təşkil edir. Faktiki olaraq dünən axşama artıq ödəniş edilmiş vergiödəyicilərinin sayı 2636 vergiödəyicisi olmaqla, həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 24 min 463 nəfərdir. Fərdi və mikro sahibkarlara maliyyə dəstəyi proqramı da həyata keçirilir. Bu günədək müraciət etmiş vergiödəyicilərinin sayı 16 min 502 sahibkardır. Müvafiq olaraq bu günədək təqdim edilmiş müraciətlər üzrə nəzərdə tutulmuş maliyyə dəstəyinin məbləği 15 milyon 483 min manat təşkil edib.
Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb. Həmkar strukturların vizalarının razılaşdırılması prosesi həyata keçirilir. Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir. Burada mən xüsusilə qeyd etmək istəyirəm ki, biz bank sektoru ilə birgə müəyyən olunmuş çərçivədə bu işi həyata keçiririk və məhsuldar iş gedir. Həmçinin yeni iqtisadi şəraitdə, tədbirlər planında müəyyən edilmiş iqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb.
Göstərişinizə uyğun olaraq, dövlət investisiya proqramı çərçivəsində iqtisadi artımın bərpa edilməsinə yönəlmiş layihələri təhlil edirik. Bu gün Sizin verdiyiniz tapşırığa uyğun olaraq, həmkar qurumlarla birlikdə çalışaraq qısa müddət ərzində məlumatı diqqətinizə təqdim edəcəyik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 24 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Hotellərin Yeni il proqramları və qiymətləri - 810 manatdan...
-
1 saat əvvəl
Ədliyyə işçilərinə özəl fürsət – AFB Bank-dan daha sərfəli kredit şərtləri ®
-
1 saat əvvəl
Azərbaycan Prezidentinin Vyetnamın Baş naziri ilə görüşü olub
-
1 saat əvvəl
Van Qoqun tablosu 190 milyon 400 min dollara satılıb – hərrac rekordu yenilənib
-
1 saat əvvəl
Qızıl bir həftədə 9 faiz ucuzlaşıb – Unsiyası 3 min 516 dollara düşüb
-
1 saat əvvəl
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
ABB DAVR-ın Müşahidə Şurasının sədri Taleh Tahirli oldu
Hotellərin Yeni il proqramları və qiymətləri - 810 manatdan...
Azərbaycan Prezidentinin Vyetnamın Baş naziri ilə görüşü olub
Ən çox oxunanlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür ®
Rəsmi məzənnələr açıqlandı
Anthropic IPO rekordunu qırdı – Nasdaq debütünü 1,8 trilyon dollarlıq qiymətləndirmə ilə başa vurdu
























