Su ilə bağlı komissiya yaradılır, Şahin Mustafayev rəhbərlik edəcək
Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiya yaradılacaq.
Marja xəbər verir ki, bunu 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bildirib.
Müşavirədə Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, iqlim dəyişiklikləri fermerlər üçün çətinlik yaradır: “Payızlıq əkinləri vegetasiya dövründə müşahidə olunan kəskin quraqlıq kənd təsərrüfatına ciddi təsir edib. Sentyabr-fevral aylarında respublika üzrə illik yağıntı və qarın miqdarı normadan kəskin dərəcədə aşağı olub, bu da əkin sahələrinin suvarılmasında çətinliklər yaradır”.
Prezident İlham Əliyev İnam Kərimovun qaldırdığı məsələyə münasibət bildirərək deyib:
“Quraqlıqla bağlı dedikləriniz çox ciddi məsələdir, bu, böyük narahatlıq doğurur” deyərək sözlərinə belə davam edib:
"Çünki bu meyl davam edə bilər. Bilirsiniz ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir. Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Məhz bu məqsədlə ölkəmizdə bir neçə önəmli genişmiqyaslı layihə icra edilmişdir. Əgər Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı vaxtında tikilməsəydi, kanallar çəkilməsəydi, o sudan qidalanan rayonlarda böyük çətinliklər ola bilərdi. Biz son bir neçə il ərzində orta hesabla təqribən yüz min hektara yaxın torpağa suyun verilməsini təmin edirik. Bunlar vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlardır. Ona görə bundan sonra da kənd təsərrüfatının və fermerlərin bu sahədə tələbatını ödəmək üçün gərək yeni proqram tərtib edilsin. Biz köhnə metodlarla gedə bilmərik. Çünki bu metodların səmərəliliyi özünü doğrultmur. İndi dünya texnologiyaları bütün sahələrdə inkişaf edir, o cümlədən meliorasiya sahəsində. Biz indi bu işləri dədə-baba üsulu ilə görə bilmərik. Yeni texnologiyalar tətbiq edilməlidir. Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə biz burada iki ziyan görürük. Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Sovet vaxtında tikilmiş su kanallarımızın demək olar ki, hamısı torpaq kanallardır. Son vaxtlar biz ancaq beton kanallar tikirik və vaxtilə tikilmiş torpaq kanalları betona alırıq. Beləliklə, su itkisinin qarşısını alırıq. Ancaq hesab edirəm ki, daha irəli baxmalıyıq. İndi dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir və bu təcrübə Azərbaycanda tətbiq edilməlidir.
Ona görə hesab edirəm ki, bu sahədə ciddi irəliləyişə nail olmaq üçün xüsusi komissiya yaradılmalıdır. Su ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiya yaradılacaq. Hesab edirəm ki, komissiyaya Baş Nazirin müavini Şahin Mustafayev rəhbərlik etməlidir. Çünki Şahin Mustafayev İqtisadiyyat naziri işlədiyi dövrdə bu məsələ ilə fəal məşğul olub və mənə müntəzəm olaraq məruzələr edib. Komissiyada aidiyyəti qurumların rəhbərləri - Kənd Təsərüfatı naziri, İqtisadiyyat naziri, Ekologiya və Təbii Sərvətlər naziri, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin, "Azərsu" Səhmdar Cəmiyyətinin rəhbərləri və digər aidiyyəti qurumların rəhbərləri təmsil olunmalıdırlar ki, konkret tədbirlər planı hazırlansın. Demək olar ki, indi təhlillə bağlı materiallar və belə məlumatlar var. Əsas məsələ odur ki, nə etməliyik, hansı addımlar atmalıyıq. Yəqin, xarici mütəxəssisləri də cəlb etməliyik ki, bizə yaxşı məsləhətlər versinlər. Biz suyun hər bir damcısının qədrini bilməliyik".
Müştərilərin xəbərləri
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
9 d. əvvəl
ABŞ birjalarında texnologiya səhmləri çökür – “Intel” 25%, “Amazon” 7% ucuzlaşıb
-
37 d. əvvəl
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®
-
56 d. əvvəl
BP-nin rüblük mənfəəti təxminən 4 dəfə artaraq 8,5 milyard dollara çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sükan arxasında telefon işlədən sürücülər kameralarla cərimələnəcəklər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Korrupsiya barədə məlumat verənlərə maddi mükafatın hansı həcmdə və qaydada veriləcəyi müəyyənləşir
-
1 saat əvvəl
Rusiya kapitallı zavod Azərbaycandan Türkiyə bazarına çıxmağı planlaşdırır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®
Çindən mal idxal edən sahibkarlara yeni bank xidməti - “Yapı Kredi Bank Azərbaycan” Çinə ödənişləri asanlaşdırır
Ən çox oxunanlar
Gürcüstan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə prosesləri sürətləndirmək barədə razılığa gəlib
Korrupsiya barədə məlumat verənlərə maddi mükafatın hansı həcmdə və qaydada veriləcəyi müəyyənləşir
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur – Tarix açıqlandı
XalqKart ilə “Baku Electronics” mağazalarında 5 % keşbek/bonus!
























