“Ziraat Bank Azərbaycan” yeniləndi və inkişaf edir!
(®️) Azərbaycanda fəaliyyət göstərən və dünyanın ən nüfuslu təşkilatlarından biri olan Ziraat Maliyyə Qrupunun iştirakcısı Ziraat Bank Azərbaycan ASC www.ziraatbank.az ünvanında yerləşən rəsmi veb-saytını yeni versiyada istifadəyə verdi. Yeni sayt beynəlxalq standartlara uyğun olaraq hazırlanmış, məzmununa görə daha geniş, optimallaşdırılmış və istifadədə maksimum rahatdır.
Veb-saytın yeni versiyası 3 dildə (Azərbaycan,Türk,İngilis) hazırlanaraq, müştərilərlə əlaqənin daha peşəkar və rahat olması əsas meyar kimi seçilmişdir. Bankın əsas müştəri seqmentini korporativ müştərilər təşkil etsə də, yeni veb-sayt həm korporativ həm də fərdi müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş və təklif olunan bütün məhsul və xidmətlər üzrə dolğun informasiyanı özündə əks etdirməkdədir.
Bankın müştəriləri saytda “İnternet bank” xidmətindən yararlana, son yeniliklərlə, Bankın maliyyə göstəriciləri ilə, cari tarix olan valyuta məzənnələri ilə və s. məlumatlarla tanış ola bilərlər. Rahat mobil versiya həmçinin, istifadəçilərə mobil qurğular vasitəsilə yeni saytın üstünlüklərindən yararlanmaq imkanını verir.
Bundan əlavə Bank 2020-2021-ci illər üçün əsas prioritet olaraq böyüməyi,rəqəmsallaşmayı və inkişafı nəzərdə tutan planının başladığını və artıq müəyyən işlərin bitdiyini bildirmişdir.
Rəqəmsal Bankçılığın inkişafı !
Xidmətlərin rəqəmsallaşması, nağdsız ödənişlərə keçid prosesinin sürətləndirilməsi məqsədi ilə Bank mövcud İnternet Bankçılığını yeni formatda,daha mükəmməl şəkildə müştərilərə bu il təqdim etmək üçün işlərin tamamlanmasına, əlavə olaraq Bankın yeni, dünya standartlarına cavab verən, əlverişli, rahat, geniş imkanlara və gözə xoş dizayna sahib mobil tətbiqinin də müştərilərə təqdim edilməsinə çox az qaldığını bildirmişdir.
Filialların sayı artır və bank böyür!
156 illik tarixə malik Ziraat Bank şəbəkəsi bu illər ərzində müştərilərə keyfiyyətli xidmət göstərmək, həmçinin müştərilərin etibarını doğrultmaq və dünya üzrə böyümək Bankın əsas hədəflərindəndir.”Ziraat Bank Azərbaycan” ASC 2021-ci ilin sonuna qədər filial şəbəkəsini 3 dəfəyə yaxın artırmaq niyyətindədir. Belə ki, bu yaxınlarda istifadəyə veriləcək olan yeni filialın artıq tam hazır olduğu və bu il açılacaq olan iki yeni filialın isə təmir işlərinin devam etdiyi bizə məlum olmuşdur.
Bazara yeni məhsullar və xidmətlər təqdim edəcək!
Ölkə prezidentinin bildirdiyi kimi, ölkə iqtisadiyyatının inkişafı sahibkarlığın inkişafından başlayır. Bank bu timsalda müştərilərə A.R Sahibkarlığın İnkişafı Fondunun, A.R İpoteka və Kredit Zəmanət Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə imzalanan yeni müqavilə əsasında dövlət hesabına verilən güzəştli kreditlər, əlavə olaraq türk istehsalı olan malları Türkiyədən idxal edən sahibkarlara Türkiyə Eximbank ile əməkdaşlığı çərçivəsində güzəştli kreditlər təklif edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Ziraat Bank arasında imzalanan memorandum əsasən sahibkarlar, agentlik və Bank arasında sıx biznes əlaqələrinin qurulacağı, idxal və ixrac əməliyyatlarında sahibkarlara xüsusi dəstək göstəriləcəyi vacib nüasn olaraq vurğulanmışdır.
Bunlardan əlavə sahibkarlar üçün nəzərdə tutulmuş, ölkəmiz üçün bir ilk olacaq Birbaşa Borçlanma Sistemi (BBS), fiziki və hüquqi şəxlər üçün isə yeni depozit məhsulunun, əlavə olaraq startuplar və ixracat əməliyyatları ilə məşğul olan sahibkarlar üçün paketlərinin hazır olduğunu bu yaxın günlərdə istifadəyə veriləcəyini bildirmişdir.
Öz çalışanlarının inkişaf planı!
Bankdan əldə etdiyinmiz məlumata görə, Ziraat Bank əməkdaşlarının inkişafına xüsusi maraq göstərməkdədir. Belə ki, cari il ərzində bank əməkdaşlarının hamısı xarici ölkələrə təlimlərə göndərilmiş və xarici təcrübəni mənimsəmişdirlər. İnkişaf planında Bankın xaricdəki təlimlər və yerli,xaricdən dəvət olunan təlimçilər xüsusi yer tutmaqdadır.
Pandemiya zamanı banklar arasında sahibkarlara və fərdi şəxslərə ən çevik reaskiya verən banklardan biri olan Ziraat Bank, inkişaf planından əlavə olaraq Azərbaycanın sosial-iqtisadi inkişafına daim müsbət maraq və ölkə prezidentimizin apardığı siyasətə daim dəstək göstərərək fəaliyyətini dəvam etdirməkdədir. Biz Birlikdə Güclüyük!
Ziraat Bank Azərbaycan ASC
Bir Bankdan Daha Artıq!
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
53 d. əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
59 d. əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 5 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
"Mən hədəf qoymuşam - Azərbaycandan keçən yüklər 30 milyon tona çatacaq. Bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq"
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
Ən çox oxunanlar
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə

























