Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Gözləri doymur"

"Rüşvətə son qoyulacaq! Heç kimdə şübhə olmasın!"
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gözləri doymur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Dövlətimizin başçısı yeni İcra başçısına bir sıra tapşırıqlar verib.

Prezident “Siz daim xalq içində olmalısınız, vətəndaşlarla bir yerdə olmalısınız, onların problemlərini təhlil etməlisiniz”, deyərək çıxışına belə davam edib:

“İlk növbədə, əlbəttə ki, vəziyyəti tam təhlil etməlisiniz və xalqın, məcburi köçkünlərin problemlərinin həlli işində fəal olmalısınız. Elə məsələlər ola bilər ki, yerli icra orqanlarının buna gücü çatmasın, onda siz mütləq mərkəzi icra orqanlarına müraciət etməlisiniz. O məsələlər ki, sizin səlahiyyətinizdə olacaq, təbii ki, bütün bu məsələlər imkan daxilində öz həllini tapmalıdır.

“BİR BİNADA YAŞAYANLARIN 20 FAİZİ HEÇ KÖÇKÜN DEYİLDİ”

Əlbəttə ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır. Məsələn, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir.

“SONUNUZ PİS OLACAQ”

Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir.

“TİKİNTİLƏRDƏ NƏ QƏDƏR PUL MƏNİMSƏNİLİR…”

Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.

“HESAB EDİRDİLƏR Kİ, BUNLARA AİD DEYİL”

Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar.

“SİZ ETİMADI DOĞRULTMALISINIZ”

Mən bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir və siz öz işinizlə bu etimadı doğrultmalısınız. Mən göstəriş vermişəm ki, bütün icra hakimiyyəti başçılarının və mərkəzi icra orqanlarının rəhbərlərinin fəaliyyəti ilə əlaqədar müntəzəm olaraq təhlillər aparılsın, onların əldə etdikləri nəticələr təhlil edilsin. Çünki hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır. Mən demişəm ki, bizim bütün rayonlarımız artıq dotasiya sistemindən çıxmalıdır. Bu istiqamətdə böyük işlər görülüb. Əvvəllər bütün rayonlarımız dotasiya ilə dolanırdı, dotasiyasız öz tələbatını ödəyə bilmirdi. İndi bir çox rayonlar artıq özləri-özlərini təmin edirlər, bu proses davam etdirilməlidir. Yerli vergilərin yığılması ilə əlaqədar şəffaflıq olmalıdır, dövlət vəsaitinin xərclənməsində tam şəffaflıq olmalıdır və rayonların sosial-iqtisadi inkişafı təmin edilməlidir. Onsuz da regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında, - indi dördüncü proqram icra edilir, - bütün bu məsələlər təsdiq edilib, bütün infrastruktur layihələri, bütün əsas tikintilər, bütün sosial infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilir. Ona görə yerli icra orqanları bu istiqamətdə öz səylərini göstərməlidirlər. Bir daha demək istəyirəm, artıq tapşırıq verilib ki, vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılacaq və məlumat nəzarətdə olacaq. Eyni zamanda, ictimai nəzarət olmalıdır. Mən vətəndaşlara üz tutub deyirəm, ictimai nəzarət olmayan yerdə adətən pozuntular da olur. Ona görə siz də ictimaiyyəti bu işlərə cəlb edin, xalqla bir yerdə olun, xalqın problemləri ilə yaşayın və elə işləyin ki, vətəndaşlar da sizdən razı olsunlar, hakimiyyət də. Əgər vətəndaşlar sizin fəaliyyətinizdən razı olsalar, mən də razı olacağam. Sizə uğurlar arzulayıram, əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız”.

Azər Qocayev deyib: Çox sağ olun, cənab Prezident. Biz gənclərə göstərdiyiniz dəstəyə və böyük etimada görə Sizə dərin təşəkkürümü bildirirəm. Mən də, öz növbəmdə, Sizi əmin etmək istəyirəm ki, göstərdiyiniz yüksək etimadı doğrultmaq, yüksək nəticələr, nailiyyətlər əldə etmək üçün dayanmadan çalışacağam. Sizə minnətdarlığımı bildirirəm, cənab Prezident.

13.05.2020 16:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ